Saat:12:45
Haqqımızda

Kamran Həsənli son açıqlaması ilə diqqətləri yenə üzərinə çəkib

2024-04-19 15:09:05

Kamran Həsənli son açıqlaması ilə diqqətləri yenə üzərinə çəkib

Tanınmış teleaparıcı Kamran Həsənli son açıqlaması ilə diqqətləri üzərinə çəkib. O, bəzi aparıcılar barədə sərt iradlar səsləndirib. Aparıcının sözlərinə görə, bir çox televiziya aparıcısının "saxlayanı" var və onlar bu sayədə gündəmdən düşmürlər. 

Hurriyyet.az xəbər verir ki, məsələ ilə bağlı Yenisabah.az-a danışan aparıcı Amil Xəlil Kamran Həsənlinin fikirlərində həqiqət olduğunu açıqlayıb: 

“Əslində, Kamran Həsənli bir baxımdan düz deyir. Təəssüf ki, bəzi xanımlar bu formada qabağa gedirlər. Buna təəssüf edirəm, həqiqətən biabırçılıqdır. Biz də şahidi oluruq ki, bəzən heç səsi olmayan müğənni və ya aparıcı çox irəli gedir, gündəmdə olur. Buna səbəb isə onun “saxlayanının” olmasıdır, təəssüf ki, bu, acı reallıqdır. 

Bu yaxınlarda vaxtilə efirlərdə olan adlarını çəkmək istəmədiyim şəxslər çıxıb müxtəlif açıqlamalar verdilər, biri dedi “müğənnilər çılpaq idi”, biri dedi "efirlərdə olanların səsləri yox idi" və s. Halbuki bu sözləri deyənlərin bəziləri elə özləri də vaxtilə bu cür qabağa getmişdilər, başqa işlərlə də məşğul olublar”. 

Onun sözlərinə görə, təkcə məşhur aparıcılar deyil, hətta telekanalda çalışmağa başlayan bəzi müxbirlər də bu yolla irəli gedirlər:

“Təkcə sosial şəbəkələrdəki rəyləri oxusanız görəcəksiniz ki, camaat onlar haqda nələr deyir. Kamran bəy bu mövzuda haqlıdır. Bu təkcə aparıcılara aid deyil, bəzən telekanala gələn müxbirlər olur 1 ay sonra görürsən ki, artıq “inkişaf” edib haralara gedib çıxıb. Təəssüf ki, bəzi işlərdə “yataq məsələsi” işdən daha önəmli olub. Belə hallar var.

Həqiqətən iş bacarığı olanlar ortaya peşəkar iş qoyurlar və tamaşaçı baxanda onsuz da bilir ki, bu adamın istedadı var.

Digərlərinin “saxladıqları” adamların əksəriyyəti evli olur, bir söhbət olanda da hamıdan qabaq çıxır, önə gəlir deyir ki, “o, mənim tanışımdır”.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.229617