KAMRAN ƏLİYEVİN “LƏKƏLİ GÜZGÜSÜ”... – Və yaxud Baş prokuror Birinci vitse-prezidentin göndərdiyi məktubu necə yoxa çıxarıb...

2022-06-01 15:48:00

KAMRAN ƏLİYEVİN “LƏKƏLİ GÜZGÜSÜ”... – Və yaxud Baş prokuror Birinci vitse-prezidentin göndərdiyi məktubu necə yoxa çıxarıb...

Bakı şəhəri, Nizami küçəsi 53, mənzil 41-də yaşayan Kəmalə Balaş qızı Amanova (Abdullayeva) tərəfindən “Hürriyyət”in elektron poçtuna növbəti şikayət məktubu daxio olub. Hurriyyet.az saytı vasitəsilə Azərbaycan xalqına və Baş prokuror Kamran Əliyevə müraciət edən şikayətçinin məktubunu olduğu kimi dərc edirik:

“Dövlətini, dövlətçiliyi, sevən mənim Əziz xalqım! Əziz Millətim!

Mənim düşüncəmə, mənim anlamıma görə Azərbaycan Respublikasının Baş Prokurorluğu Dölətin, Dövlətçiliyin güzgüsüdür. Çünki hakimiyyətin bütün qollarında, qanunların doğru, düzgün eyni cür tətbiq və icra olunmasına nəzarət edən yeganə dövlət örqandır.

Bizlər, sizlər və mən bu güzgüyə baxanda özümüzü, bu günümüzü və övladlarımızın sabahını görürük.

Mənim əziz xalqım! Mənim əziz millətim! Həmin güzgüyə baxdıqda, güzgünün baş və ayaq tərəfinə yazılmış Baş Prokurorluq sözlərindən başqa heç nə görmək mümkün deyildir. Güzgüyə qara ləkələr düşmüşdür. Güzgüyə baxanda nə adam özünü görmür, nə də Baş Prokuror  Kamran Əliyevi!

Bu gün Baş Prokurorluqda olmuşam. Prokurorluğun sözçüsünün diqqətinə çatdırmışam ki,  qabağında gül-çiçək becərdiyiniz dövlətin güzgüsünü qara ləkələrə böyamısınız.

Gələcəkdə nə dövlət, nə millət bu Baş Prokurorluğu (dövlətin güzgüsünü) bu günə qoyduğunuz üçün sizi bağışlamayacaqdır.

22.04.2022-ci il tarixdə Birinci vitse-prezidentin katibliyin qəbulunda olmuşam və ərizə təqdim etmişəm. 10 gündən sonra Prezident Administrasiyasının 1111 Çağrı Mərkəzinə zəng vurmuşam, ərizəmin taley barədə maraqlanmışam.

Bildirmişlər ki, ərizə  4/A-2189 saylı çıxış nömrəsi ilə Birinci vitse-prezidentin katibliyi tərəfindən Baş Prokurorluğa göndərilmişdir.

Çox təəssüflər olsun ki, bir aydan artıqdır Baş Prokurorluğa get-gəldəyəm. Axırda təkidlə bildirmişəm ki, mənim ərizəm, sizə, Birinci vitse-prezidentin katibliyi tərəfindən göndərilmişdir. Sizdən xahiş edirəm, cavab verəsiniz. Baş Prokurorluğun sözçüsü bildirir ki, bizdən ötrü heç bir fərqi yoxdur, ərizəni ya siz göndərin, ya da Mehriban xanım göndərsin!

Baş Prokurorun sözçüsünün bu sözündən sonra həqiqətən də inandım ki, Birinci vitse-prezidentin katibliy tərəfindən göndərilən ərizəmə Kamran Əliyev heç bir fərq qoymadan   zibilliyə atılmışdır.

Baş prokurur, təkcə Baş Prokurorluğu deməzdım, bütün hüquq mühafizə orqanlarını iflic vəziyyətinə gətirib çıxarmışdır. Prokurorluq orqanları tərəfindən SOS siqnalı çalınmaqdadır. Prokurorluğun Birinci vitse-prezident tərəfindən göndərilən ərizəni gedər-gəlməzə göndərməsi, bu kimi siqnal səsləndirilməsi kimlərə işarədir, nəyin baş verəcəyinə eyham edirlər?!

Bu gün heç kimə sirr deyil ki, qanunların doğru-düzgün tətbiqinə və icrasına nəzarət edən Prokurorluq  işləmir. Ona görə də millətimin dillər əzbəri olan “qanunlarımız işləmir” deməsi  kimisə şoka salmasın.

Vətəndaş olaraq Baş prokurora səslənirəm! Hörmətli Kamran Əliyev! Siz bu millətin qanı-canı bahasına azadlıq əldə etdiyi dövlətdə “nə yuğurmusunuz, nə yapmısınız, ancaq hazırdan kökə tapmısınız”. Ona görə də bu dövlətin (hakimiyyətin) qollarını qırıb, kriminal dövlətin yaranmasına təşəbbüs göstərməyin, kökə adamın burnundan gələr. Sizin hərəkətləriniz bunu deməyə əsas verir. Qanunları işləməyən dövlətin axırı kiriminal dövlətə gəlib çıxır.

Eyni zamanda, Siz bu gün korrupsiyanın, rüşvətxorluğun qarşısını ciddi-cəhdlə almaq istəyən Prezidentin siyasi kursuna qarşı çıxırsınız.

Boğazdan yuxarı danışaraq kollegiya iclasları keçirməklə, Prezidentə təriflər deməklə, özünüzü reklam etməklə nə Prezidenti,  nə Birinci vitse-prezidenti, nə də sizin təqdimatınızı  Prezidentə verəni inandıra bilməyəcəksiniz.

Ən yaxşı yol haqqın yoludur. “Yolumuz haqdır, qanun şahdır” - prinsipini rəhbər tutub işləsəniz, daha yaxşı olar...

Qaldı ki,  rəhbərlik və nəzarət etdiyiniz qurumun vəzifəli şəxsləri tərəfindən törədilmiş, başa çatmış cinayətin üstünü açacağınız, təqsirkarları müəyyənləşdirib məsuliyyətə cəlb edənə kimi sizə bütün gücümlə köməklik edəcəyimə söz verirəm. Tamam deyənə kimi, davam edəcəyəm!.

Kəmalə Balaş qızı Amanova (Abdullayeva)".

Hurriyyet.az

Redaksiyadan: Mövzu ilə bağlı Baş Prokurorluğun mövqeyini dərc etməyə hazırıq.

 


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya