“Kamran Əliyev Rusiya səfirliyini aldadıb” – BÖYÜKAĞA ABDULLAYEV

2022-11-15 13:33:00

“Kamran Əliyev Rusiya səfirliyini aldadıb” – BÖYÜKAĞA ABDULLAYEV

“Butün qanunsuz hərəkətlərin başında Baş prokurorun durduğunu təkcə biz demirik…”

Bakı şəhəri, Nizami küçəsi 53, mənzil 41-də yaşayan Abdullayev Böyükağa Abdulla oğlunun şikayəti əsasında “Hürriyyət”də "Butün qanunsuz hərəkətlərin başında Kamran Əliyevin özü dayanır" sərlövhəli yazı dərc etmişdik. Rusiya Fedarasiyasının vətəndaşı Mamedov Vuqar Aqalı oğlunun hüquqlarını müdafiə edən B.Abdullayev qəzetimiz vasitəsilə növbəti dəfə Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikova müraciət ünvanlayıb. Onun məktubunu olduğu kimi dərc edirik:

“Hörmətli redaksiyası! Ötən saylarınızın birində “Bütün qanunsuz hərəkətlərin başında Kamran Əliyevin özü dayanır” başlıqlı yazıda cənab Prezidentə və digər məmurlara olan müraciətimi dərc etmişdiniz. Öncə onu qeyd edim ki, Baş prokuror Kamran Əliyevin bütün cinayətlərin başında dürmasını təkcə biz demirik, bunu Binəqədi rayon prokuroru Fuad Məmmədov da deyir və 08.08.2022-ci il tarixli 821-Ş-22 nömrəli məktubunda öz imzası ilə təsdiq edir.

Baş prokuror Kamran Əliyevin bütün cinayətlərin başında dürmasını təkcə biz demirik, bunu Rusiya Səfirliyinin Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə göndərdiyi nota (N0-1600) da təsdiq edir.

Lakin, görünür, nə Rusiya səfirliyinin verdiyi nota, nə də bizim  müraciətlərimiz cənab Prezidentə çatmır, qarşısını alırlar. Odur ki, bu yazımda müraciətimizin cənab Prezidentə çatdırılmasını Rusiya Federasiyasının Bakıdakı səfirliyindən xahiş etmişəm.

Hörmətli Səfir!

Bildirirəm ki, Rusiya Federasiyasının Bakıda fəaliyyət göstərən Səfirliyinin Konsulluq şöbəsinin sözçüsü A.Tlostanovun 24.10.2022 ci il tarixli, 3208/KO nömrəli məktubunu aldım, oxudum. İşin içində olan bir adam kimi Baş prokuror Kamran Əliyevin Rusiya səfirliyinə yalan məlumat verərək, sizləri aldatması məni çox məyus etdi.

Azərbaycan Respublikasının Baş Prokurorluğunun rus dilinə tərcümə olunmuş cavab məktubu ilə Rusiya səfirliynə bilərəkdən yalan məlumat verilməsi məndə bir daha Azərbaycanın Baş prokuroruna qarşı ikrah hissi oyatdı.

Cənab Səfir!

Konsulluq şöbəsinin 24.10.2022 ci il tarixli, 3208/KO nömrəli məktubuna əlvə olunmuş arayışda Azərbaycan Respublikasının Baş Prolurorluğu bildirir ki, Mamedov Vüqar Ağəli oğluna qarşı Vüsal Ələkbərov tərəfindən törədilmiş dələduzluq hərəkətləri tərəfimizdən araşdırılmışdır. Və qeyd edilir ki, Mamedov Vüqar Ağali oğlunun şikayəti əsasında toplanmış material Vüsal Ələkbərovun barəsində  Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4 maddələri ilə, Binəqədi rayon Polis İdarəsi tərəfindən qaldırılmş  220040106 nömrəli cinayət işinə birləşdirilməsi üçün Binəqədi rayon Polis İdarəsinə göndərilmişdir. Hal-hazırda göstəriş əsasında töplanmış material üzürə araşdırılma davam etdirilir.

Arayışdan görünür ki, Baş prokuror səfirliyə verdiyi məlumat yalandır, cəfəngiyyatdır. Çünki hal-hazırda Binəqədi rayon Polis İdarəsində belə bir material yoxdur. Belə olan halda, hansısa araşdırmadan, prokurorun obyektiv movqe nümayiş etdirməsindən söhbət gedə bilməz. Elə buna görə də material Xəzər rayon Polis İdarəsində hərəkətsiz qalmaqdadır.

Hörmətli Səfir!

Diqqətinizə çatdırıram ki, Baş prokuror Kamran Əliyevin sizləri aldatmasını, cinayətin üstünü ört-basdır etməsini tək biz demirik.

Bunu Binəqədi rayon prokuroru, baş ədliyyə müşaviri Fuad Məmmədov deyir və bizə ünvanladığı 08.08.2022-ci il tarixli, 821-Ş-22 nömrəli cavab məktubu ilə təsdir edir. Fuad Məmmədov bildirir ki,  Vüsal Ələkbərovun Vüqar Mamedova qarşı dələduzluq hərəkətləri etməsi barədə müraciəti  03 noyabr 2021-ci il tarixdən 12 aprel 2022-ci il tarixədək olan 6 ay müddət ərzində araşdırılmamışdır, Vüqar Mamedovun şikayətçi olduğu Vüsal Ələkbərov və eləcə də digər şəxslərin izahatları alınmamışdır, Vüsal Ələkbərovun hərəkətlərində cinayət qanununda nəzərdə tutulan hər hansı cinayətin tərkib əlamətlərinin olub-olmaması müəyyənləşdirilməmişdir, hadisə cinayət kimi qeydə alınmamışdır, vahid uçota qoyulmamışdır, həmin cinayətin törədilməsində təqsirləndirilən şəxs qismində hər hansı şəxs cəlb edilməmişdir.

Azərbaycan Respublikasının Cinayət Prosesual qanunvericiliyinin tələblərinə riayət edilməmişdir və qanunvericiliyin tələbləri kobud şəkildə pozulmaqla materialın aidiyyəti üzrə ğöndərilməsi haqqında Qərar qəbul edilmədən material Xəzər rayon Polis İdarəsi tərəfindən Binəqədi rayon Polis İdarəsinə göndərilmişdir.

Binəqədi rayon prokuroru bildirir ki, Xəzər rayon Polis İdarəsi tərəfindən Vüsal Ələkbərobun barəsində cinayət işi başlanılmadığı və Vüsal Ələkbərova İttiham İrəli sürülmədiyi üçün toplanmış material  4 ay hərəkətsiz saxlandıqdan sonra, 08.08.2022-ci il tarıxdə  yenidən Xəzər rayon Polis İdarəsinə geriyə qaytarılmışdır.

Cənab Səfir!

Dəhşətlisi odur ki, Fuad Məmmədovun bildirdiyi kimi, 08.08.2022-ci il tarixdən material Xəzər rayon Polis İdarəsində olsa da, Baş prokuror Kamran Əliyev  24.10.2022-ci il tarixli cavab məktubunda bildirir ki, material Binəqədi rayon Polis İdarəsindədir və hal-hazırda araşdırma davam etdirilir.

Maraqlıdır, görəsən Baş prokuror nəyə görə Rusiya səfirliyini aldatmışdır? Kamran Əliyevin Respublikada törədilən cinayətlərdən həqiqətənmi xəbəri yoxdur? Onu Rusiya səfirliyinə yalan məlumat verməyə kimlər məcbur etmişdir? Yoxsa həqiqətən də oz səlahiyyətlərinin öhdəsindən gəlməyi elə bu cür bacarır…

Hörmətli Səfir!

Rusiya vətəndaşı Vüqar Mamedova qarşı törədilmiş cinayət hadisəsinin üstü bu günə kimi ört-basdır edilmişdir. Yoxsa Baş prokurora nə güc düşmüşdür ki, səfirliyi bilərəkdən aldatmışdır?!

Cənab Səfir!

Binəqədi rayon prokuroru Fuad Məmmədov Vüqar Mamedova qarşı dələduzluq hadisəsi törədildiyini təsdiq etsə də, Kamran Əliyev cinayətin üstünün ört-basdır edilməsində maraqlıdır. Ona görə də,   bu barədə Azərbaycan Respublikasının Prezidentinə şəxsən məlumat verməyinizi xahiş edirəm”.

Hurriyyet.az

Redaksiyadan: Yazıda adları qeyd olunan qurumların və şəxslərin mövqeyini dərc etməyə hazırıq.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.000133