Kamikadze səfirlik binası qarşısında özünü partlatdı: xeyli ölən var - VİDEO

2022-09-05 12:26:00

Kamikadze səfirlik binası qarşısında özünü partlatdı: xeyli ölən var - VİDEO

Rusiyanın Kabildəki səfirliyinin qapısında partlayış baş verib.

Bu barədə Aamaj News bildirib.

Xəbərə görə, hadisə Dar-ül-Aman küçəsində, Rusiya səfirliyinin qapısının qarşısında baş verib. Hadisənin kamikadze tərəfindən törədildiyi iddia edilir.

Jurnalistlər bildiriblər ki, insanlar viza almaq üçün səfirliyin qarşısında növbəyə dayanıblar, səfirlik əməkdaşı küçəyə çıxan zaman partlayış baş verib. Polis hələlik hadisəni şərh etməyib. Hadisə qurbanlarının sayı dəqiqləşdirilir.

Baza Teleqram kanalı isə ilkin məlumata görə, ən azı 20 nəfərə yaxın adamın həlak olduğunu bildirib. Jurnalist Bilal Sərvəri isə terror aktı nəticəsində azı iki diplomatın həlak olduğunu bildirib. (bakupost)


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.059268