Kallas: "Serbiya iki yoldan birini seçməlidir"
2025-05-23 10:14:10

Hurriyyet.az "Associated Press" agentliyinə istinadla xəbər verir ki, Kallas Serbiyanı strateji seçim qarşısında qoyub. Avropa diplomatiyasının rəhbəri Kaya Kallas deyib: "Serbiya Avropa İttifaqına daxil olmağa namizəd kimi, hazırda strateji, geostrateji seçim qarşısındadır. Ölkə harada olmaq istədiyini seçməlidir. Serbiyanın Avropadakı gələcəyi onun hansı dəyərləri üstün tutmasından asılı olacaqdır".
Hürr Tərcüman
