Kalından görüş öncəsi SƏRT MESAJ: "İrəliləyiş imkanı imkanı yoxdur"

2022-06-18 23:05:00

Kalından görüş öncəsi SƏRT MESAJ:

"İsveç və Finlandiyanın təhlükəsizlik problemlərini həll etmək üçün konkret addımlar atması lazımdır. PKK terror təşkilatı İsveçdə davam etdiyi müddətcə NATO-ya üzvlüklə bağlı prosesdə irəliləyiş ehtimalı yoxdur".

Bunu Türkiyə prezidentin sözçüsü İbrahim Kalın deyib.İ.Kalın İsveçin paytaxtı Stokholmda bəzi binalarda PKK liderinin fotosunun və təşkilata aid əski parçasının əks olunmasına münasibət bildirib:

“Prezidentimizin NATO-nun baş katibi ilə görüşü olub. Bu danışıqlar çərçivəsində sabah xarici işlər nazirimizin müavini cənab Sedat Önal ilə Brüsselə səfər edəcəyik. Biz isveçli və finlandiyalı həmkarlarımızla görüş keçirəcəyik. Bildiyiniz kimi, son vaxtlar xüsusilə Stokholmda yenidən gündəmə gələn görüntülər var.

Əslində bu görüntülər PKK terror təşkilatının bu ölkədə nə qədər yerləşdiyinə və nə qədər bərbad vəziyyətdə olduğuna dair ən parlaq nümunələrdən birini təşkil edir. Əgər İsveç hökuməti bu çağırışlara baxmayaraq, bu görüntülərə son qoymaq və tamamilə aradan qaldırmaq üçün addımlar atmayacaqsa, təbii ki, bu danışıqların irəliləyiş imkanı imkanı yoxdur. Bu istiqamətdə yaxşı niyyətlərinin olduğunu və addım atacaqlarını bildirirlər, bu addımların nədən ibarət olduğunu konkret görmək istəyirik". \\Publika


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya