Kalın tvit yazdı:"Stokholmda Quranın yandırılması insanlıq cinayətidir"

2023-01-21 22:04:00

Kalın tvit yazdı:
Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın
İsveç polisinin Türkiyənin Stokholm səfirliyi qarşısında Quranı yandırmaq icazəsinə reaksiya verib. 
İ.Kalın tvitter hesabında yazır:
"Stokholmda Quranın yandırılması açıq-aşkar nifrət və insanlıq cinayətidir. Biz bunu qətiyyətlə pisləyirik. Bütün xəbərdarlıqlarımıza baxmayaraq, bu hərəkətə icazə vermək nifrət cinayətlərini və islamofobiyanı təşviq edir. Müqəddəs dəyərlərə hücum azadlıq deyil, müasir barbarlıqdır".
Qeyd edək ki, İsveç polisi Türkiyə səfirliyi qarşısında Quranın yandırılmasına icazə verib. Türkiyədən bir çox siyasətçilər bir-birinin ardınca İsveçin  təxribatçı hərəkətinə çox sərt reaksiya bildiriblər. \\Sherg.az

Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.248492