Saat:23:57
Haqqımızda

Kaliforniya yanğınında ölənlərin sayı 24-ə çatdı

2025-01-13 10:29:49

Kaliforniya yanğınında ölənlərin sayı 24-ə çatdı

Kaliforniya ştatının Los-Anceles dairəsini əhatə edən yanğınlar nəticəsində azı 24 nəfər həlak olub.

Hurriyyet.az Fox News-a istinadla xəbər verir ki, qurbanların əksəriyyətinin şəxsiyyəti hələ müəyyən edilməyib.

Daha əvvəl 16 nəfərin öldüyü, daha 13 nəfərin itkin düşdüyü bildirilirdi.

Yanvarın 7-də Los-Anceles qraflığında meşə yanğınları yayılmağa başlayıb. Meteoroloqların sözlərinə görə, yanğının sürətlə yayılmasına quru və çox küləkli hava səbəb olub.

Yanğının ümumi sahəsi 16 min hektarı ötüb. O, 12 300-dən çox binanı, o cümlədən prestijli ərazilərdə məşhurların mülklərini məhv edib.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.362462