Kafir terrorçular Əfqanıstan məscidində partlayış törədib - Çox sayda ölən və yaralananlar var

2022-04-22 21:56:00

Kafir terrorçular Əfqanıstan məscidində partlayış törədib - Çox sayda ölən və yaralananlar var

Əfqanıstanın Künduz əyalətindəki məsciddə kafir terrorçular tərəfindən quraşdırılan partlayıcı qurğu işə düşüb. Bu barədə cümə günü Əfqanıstanın “Aamaj News” xəbər agentliyi məlumat yayıb.

Məscid ölkənin şimalında, Künduz vilayətinin İmam Sahib rayonunda yerləşir.

“Tolo News”un hüquq-mühafizə orqanlarındakı mənbələrə və şahidlərin ifadələrinə istinadən verdiyi məlumata görə, partlayış nəticəsində 33 nəfər ölüb, 43 nəfərsə yaralanıb.

Yaralılar yerli xəstəxanaya çatdırılıb.\\Ovqat.com


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya