Saat:04:34
Haqqımızda

Kafe əxlaqsızlıq yuvası imiş - Sahibi cəzalandırıldı

2024-03-29 23:41:50

Kafe əxlaqsızlıq yuvası imiş - Sahibi cəzalandırıldı

Bərdə şəhərində yerləşən və "Köhnə bazar" adı ilə tanınan ticarət mərkəzindəki kafelərdən birində əxlaqsızlıq yuvası aşkarlanıb.

Hurriyyet.Az qafqazinfo-ya istinadən xəbər verir ki, həyata keçirilən tədbirlər zamanı kafedə bir neçə qadının pul müqabilində müxtəlif şəxslərlə intim münasibətdə olması müəyyən edilib.

Faktla bağlı kafenin sahibi, 1966-cı il təvəllüdlü Vüqar Balayev (şərti) barəsində Cinayət Məcəlləsinin 244-cü (Əxlaqsızlıq yuvası təşkil etmə, saxlama) maddəsi ilə cinayət işi açılıb. O, ifadəsində bildirib ki, sahibi olduğu kafeni başqa bir şəxsə aylıq 800 manata icarəyə verib. Həmin qadınlardan gündəlik 10-15 manat yerpulu aldığını deyən şəxs törətdiyi əməli etiraf edib.

Cinayət işi baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin hökmü ilə kafe sahibinə aylıq qazancının 15 faizi dövlət nəfinə tutulmaqla 2 il müddətə islah işləri cəzası verilib.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.194924