Saat:13:21
Haqqımızda

"Kadırovun polku"na PUA hücumu

2025-12-02 12:04:34

Hurriyyet.az xəbər verir ki, Ukrayna Silahlı Qüvvələri Çeçenistanda Axmat alayının bazasına hücum edib.
Dekabrın 2-nə keçən gecə Ukrayna dronları Çeçenistanın Qudermes şəhərindəki Axmat alayının bazasına hücum edib.
Dronların hücumu zamanı çəkilən görüntülər sosial mediada yayılıb.
Sakinlər partlayış səsləri eşitdiklərini bildiriblər. Bu səslərin dronların  hücumunun HHM sistemləri tərəfindən dəf edilməsi ilə bağlı olduğu ehtimal edilir. Şahidlərin sözlərinə görə, hadisə hava hücumundan müdafiə vasitələrinin fəaliyyəti fonunda baş verib və vurulan dronlardan birinin qalıqları şəhər ərazisinə düşmüş ola bilər.
Hürr Tərcüman