Saat:04:50
Haqqımızda

Kadırovun 15 yaşlı oğluna görün hansı vəzifə verildi: atasının yerinə hazırlanır?

2023-11-06 10:25:58

Kadırovun 15 yaşlı oğluna görün hansı vəzifə verildi: atasının yerinə hazırlanır?

Çeçenistan rəhbəri Ramzan Kadırovun oğlu Adam region rəhbərinin təhlükəsizlik xidmətinin rəhbəri vəzifəsinə təyinat alıb.

Hurriyyet.az xəbər verir ki, bu barədə Çeçenistan Səhiyyə Nazirliyinin rəhbəri Adam Alxanov məlumat verib.

“Əziz qardaşım (...) Adam Kadırovu Çeçenistan Respublikasının başçısının təhlükəsizlik idarəsinin rəisi vəzifəsinə təyin olunması münasibətilə səmimi qəlbdən təbrik edirəm!” - o yazıb.

Alxanovun sözlərinə görə, hələ gənc olmasına baxmayaraq, Adam artıq bu vəzifə üçün zəngin praktik təcrübəyə malikdir.

Adam Kadırovun “vacib vəzifə” alması faktını bir müddət əvvəl Çeçenistanın milli siyasət, xarici əlaqələr, mətbuat və informasiya naziri Əhməd Dudayev bəyan edib.

“Səmimi qəlbdən təbrik edirəm... Adam Kadırovu Çeçenistan Respublikası rəhbərinin təhlükəsizlik xidmətində mühüm vəzifəyə təyin olunması münasibətilə”, - o, hansı vəzifədən bəhs etdiyini dəqiqləşdirmədən yazıb.

“Adam cəsur, vətənpərvər və dinin müdafiəsinə qalxmağa hazır bir insan olduğunu sübut edib”, - Əhməd Dudayev əlavə edib.

Dudayev həmçinin qeyd edib ki, Kadırovun oğlu bir neçə dəfə Ukraynada Xüsusi Hərbi Əməliyyat (SVO) zonasına səfər edib.

publika.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.570747