Kadırovdan yeni toy qaydaları: Bunlar qadağandır!

2023-08-28 15:14:42

Kadırovdan yeni toy qaydaları: Bunlar qadağandır!

Çeçenistan Müsəlmanları Ruhani İdarəsi regionda “Toy şənliklərinin keçirilməsinin məcburi normaları”nı təsdiq edərək, islam və çeçen adətinə uyğun gəlməyən hərəkətləri qadağan edib.

Hurriyyet.az xəbər verir ki, qaydalar Çeçenistan rəhbəri Ramzan Kadırovun tapşırığı ilə tətbiq olunub.

Məlumata görə, 50 min rubl dəyərində başlıq pulu, çay, qənd və qoç çeçen adətlərinə uyğun olaraq dəyişməz qalır.

Yeni qaydalara görə, gəlinlik islam tələbləri və çeçen adətlərinə uyğun olmalıdır.

Bundan başqa, bəyə, qayınataya, qayınanaya və digər qohumlara bahalı hədiyyələr qadağan olunub. Amma gəlinin çamadanlarının sayı dəyişməz qalıb.

Toy mərasimi zamanı brilyant üzük, şuba, məişət texnikası, mənzil vermək qadağan edilir./Axar.az/


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.137185