Saat:00:04
Haqqımızda

Kadırov qardaşı oğlunu nazir təyin etdi

2023-02-02 15:50:00

Kadırov qardaşı oğlunu nazir təyin etdi

Çeçenistan rəhbəri Ramzan Kadırovun qardaşı oğlu, 26 yaşlı Həmzət Kadırov respublikanın əmlak və torpaq münasibətləri naziri təyin edilib.

Hurriyyet.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Ramzan Kadırov Çeçenistan hökumətinin iclasını keçirib. O, Çeçenistan Respublikasının yeni baş nazirinin müavini, əmlak və torpaq münasibətləri naziri Həmzət Kadırovu Nazirlər Kabinetinin üzvlərinə təqdim edib. 

“Həmzət istedadlı və icraçı rəhbərdir. O, bunu dövlət orqanlarında və yerli özünüidarəetmə qurumlarında əvvəlki vəzifələrdə yüksək nəticələr əldə etməklə sübut edib. Ona yeni vəzifəsində uğurlar arzulayıram”, - Kadırov deyib. 

Həmzət Kadırov 2017-ci ildə Çeçenistan Dövlət Universitetinin dövlət idarəçiliyi fakültəsini bitirib. O, regionda rəhbər vəzifələrdə, o cümlədən Çeçenistan rəhbərinin köməkçisi, Kurçaloyevski bələdiyyə dairəsi administrasiyasının rəhbəri, Çeçenistanın bədən tərbiyəsi və idman naziri, Çeçenistan katibliyinin rəhbəri vəzifələrində çalışıb.

Modern.az  

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR