Kadırov KTMT ölkələrini buna görə QINADI
2022-06-18 22:17:00

Çeçenistan rəhbəri Ramzan Kadırov Rusiyanın ən yaxın müttəfiqlərinin daxil olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını Putin rejiminə kifayət qədər dəstək verməməkdə ittiham edib.
Kadırov "Telegram"da KTMT-yə müraciət ünvanlayıb.
O, dünyanın bir çox ölkələrinin Ukraynanın mövqeyini tutmasına diqqət çəkərək, KTMT üzvlərinin “xüsusi əməliyyat”a niyə susduğunu soruşub.
Həmçinin Kadırov ölkələri “Amerika və Avropanın sanksiyalarından qorxduqlarına” görə qınayıb:
"Müttəfiq varsa, o qərar verməlidir... Belarusu kim xilas etdi? Rusiya. Qazaxıstanı kim xilas etdi? Rusiya. Rusiyaya dəstək azım olanda isə (dəstək - red.) hamı susur, sanksiyalardan qorxursan", - deyə Kadırov KTMT ölkələrini qınayıb. \\Unikal
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya