Jurnalistlərin peşəkarlığını artırmaq üçün daha bir uğurlu layihə… - “Hürriyyət”in kollektivi redaksiya siyasəti və peşə etikası qaydaları haqda müzakirələr apardı / FOTOLAR

2022-04-28 16:09:00

Jurnalistlərin peşəkarlığını artırmaq üçün daha bir uğurlu layihə… - “Hürriyyət”in kollektivi redaksiya siyasəti və peşə etikası qaydaları haqda müzakirələr apardı / FOTOLAR

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (MEDİA) media subyektlərində peşəkarlığı artırmaq, hər bir əməkdaşın redaksiya siyasəti və peşə etikası qaydalarını daha dərindən mənimsəməsi üçün növbəti uğurlu layihəyə start verib.

Hurriyyet.az-ın məlumatına görə, agentli hesab edir ki, dünyadakı müsbət təcrübələri və yerli xüsusiyyətləri nəzərə alaraq Azərbaycanda fəaliyyət göstərən media subyektlərinin öz redaksiya siyasətini müəyyənləşdirməsi, medianın inkişafı, peşəkarlığının artırılması baxımından faydalıdır.

Odur ki, MEDİA, Azərbaycan Respublikası Audiovizual Şurası Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin mütəxəssisləri, jurnalist təşkilatları və digər ekspertlərin prosesə cəlb edilməsi ilə media subyektləri üçün “Redaksiya siyasəti və peşə etikası qaydaları” nümunəsi hazırlamışdır. Redaksiyalara tövsiyyə olunur ki, zərurət olarsa, bu nümunə üzərində müvafiq əlavə və düzəlişlər aparılsın və yekunda kollektivin hər bir üzvü bu sənədlə yaxından tanış edilsin. Bu məqsədlə, həm də media subyektlərinin rəsmi internet səhifəsində xüsusi bölmə yaradılaraq, “Redaksiya siyasəti və peşə etikası qaydaları”nın orada yer alması məqsədəmüvafiq hesab olunmuşdur.

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin tövsiyyəsini nəzərə alaraq, “Hürriyyət” qəzetinin kollektivi bu gün “Redaksiya siyasəti və peşə etikası qaydaları” nümunəsi üzərində ətraflı müzakirələr aparmışdır. Belə ki, hələ bir gün öncədən nümunənin bir nüsxəsi hər bir kollektiv üzvünə paylanılmış və bu günkü növbədənkənar toplantıda hər bir əməkdaşımızın öz təkliflərini, sənəd haqda düşüncələrini irəli sürməsi təklif edilmişdir. Əməkdaşlarımızın hər bir “Redaksiya siyasəti və peşə etikası qaydaları” nümunəsi haqda öz fikrini açıqladıqdan sonra, belə qərara gəlinmişdir ki, bu sənəd üzərində ciddi bir dəyişikliyə ehtiyac yoxdur və MEDİA-nın təklif etdiyi nümunə redaksiya siyasətini müəyyənləşdirməsi, medianın inkişafı, peşəkarlığının artırılması baxımından qənaətbəxş hesab oluna bilər.

Odur ki, bu sənədin ən qısa zamanda Hurriyyet.az-a saytında yaradılacaq xüsusi bölmədə də yerləşdirilməsi qərara alınıb.

Hurriyyet.az

 


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya