Jurnalistlə söyüşcül deputatın məhkəməsi başlayır

2022-05-04 12:47:00

Jurnalistlə söyüşcül deputatın məhkəməsi başlayır

Bu gün tanınmış jurnalist, Reaksiya TV-nin rəhbəri Zaur Qəriboğlu ilə deputat Cavanşir Feyziyevin məhkəmə prosesi başlayır.

Hurriyyet.az xəbər verir ki, işə bu gün saat 15:00-da Nəsimi Rayon Məhkəməsində baxılacaq.

Z. Qəriboğlu hesab edir ki, C. Feyziyev ona böhtan atıb, təhqir edib. Məhkəmə iddiasında millət vəkilinin cəzalandırılması tələb olunur.

Qeyd edək ki, C. Feyziyev bu ilin fevral ayında ölkənin tanınmış jurnalistlərini, ictimai fəallarını, siyasət adamlarını təhqir edən tərbiyəsiz bir yazı yazıb. Jurnalistlərin aidiyyəti qurumlara, Mili Məclisə müraciətlərinə baxmayaraq, ona heç bir cəza verilməyib.

Təhqir olunanlar içərisindən Bəxtiyar Hacıyev məhkəməyə müraciət etsə də, gülməli bir arqumentlə onun iddiası icraata alınmayıb.

Bu gün isə Z. Qəriboğlunun iddiasına baxılacaq.

Ümid edək ki, hakim Azər Tağıyev digər həmkarının yolunu getməyəcək.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya