Saat:15:22
Haqqımızda

Jurnalist Mayis Əlizadə Türkiyədə vəfat etdi

2025-03-06 20:56:40

Jurnalist Mayis Əlizadə Türkiyədə vəfat etdi

Türkiyədə yaşayan tanınmış azərbaycanlı jurnalist Mayis Əlizadə vəfat edib.

Hurriyyet.Az xəbər verir ki, bu barədə APA-ya mərhumun oğlu Toğrul Əlizadə məlumat verib.

O bildirib ki, atası bu gün səhər saatlarında ürəktutmasından dünyasını dəyişib.

Toğrul Əlizadə atasının sabah İstanbulun Yeni Ayazağa məzarlığında dəfn ediləcəyini bildirib.

Qeyd edək ki, Mayis Əlizadə Türkiyə və Azərbaycanda bir sıra mətbuat orqanları, o cümlədən APA ilə əməkdaşlıq edib.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.212991