Saat:14:01
Haqqımızda

JİRİNOVSKİYƏ TARİX DƏRSİ - Rusiyada türkmənşəli çarların hakimiyyətinə kimlər və niyə son verdi?

2021-08-31 12:52:00

JİRİNOVSKİYƏ TARİX DƏRSİ - Rusiyada türkmənşəli çarların hakimiyyətinə kimlər və niyə son verdi?

Redaksiydan: 2016-cı ilin aprel ayında Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu “Hürriyyət” qəzeti vasitəsilə Rusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovskiyə açıq məktub ünvanlamışdı. Mövzunun aktuallığını nəzərə alıb, həmin yazını yenidən dərc edirik:

Cənab Jirinovski!

Azərbaycanda özünə hörmət edən heç bir siyasətçi sənin türk, islam və Azərbaycan dövləti haqqında tarixi həqiqətləri ört-basdır və təhrif etməklə, zaman-zaman sərsəm çıxış və bəyanatlarına cavab verməyi özünə sığışdırmır. Çünki səni Azərbaycanda “Kreml təlxəyi” kimi tanıyırlar.

Avropada da sənin çıxışlarına məhəl qoymurlar. Sənin partiyan ilk dəfə Dumaya seçkilərdə 6 milyon səs yığdıqdan sonra, Avropa analitikləri rus xalqının ruhi vəziyyəti ilə bağlı əndişələrini ifadə etmişdilər. Onlar belə hesab edirdilər ki, ağlı başında olan kimsə sənin kimi ağır psixoloji-ruhi vəziyyətdə olan insana səs verməz…

Əvvəli bu linkdə: https://hurriyyet.az/az/post/jirinovskiye-tarix-dersi---rusiyada-turkmenseli-carlarin-hakimiyyetine-kimler-ve-niye-son-verdi-345250

Haylar kimdir və onlar necə erməni olmuşlar? (Fransızların və rusların erməni sevgisinin sirləri)

Dövlətlərin yaranmasının iki yolu məlumdur. Bir – yerli xalq öz tarixi ərazisində dövlət yaradır, bir də miqrasiya nəticəsində meydana çıxan coğrafiyadan çox-çox uzaqlarda yeni ərazilərdə.

ABŞ, Türkiyə, İngiltərə, Skandinaviya dövlətləri, İrlandiya, Ermənistan və s. ikinci yolla meydana çıxmışdır.

Bir xalqın son mənzilədək tarixi miqrasiya yolunu müəyyənləşdirmək üçün həmin xalqın tarixin müxtəlif dövrlərində kompakt yasadığı əraziləri bir-biri ilə biləşdirmək kifayətdir. Ermənilərin məskunlaşmasının tarixi statistikasina nəzər salsaq, aydın olar ki, tarixin gedişinə uyğun ermənilər ən çox sayda ardıcıl olaraq Fransa, Livan, Suriya, Türkiyə və müasir Ermənistanda məskunlaşmışlar. Bu, nəyi göstərir?

Etnoqrafiya elminə ermənilərin türk tayfaları olduğu məlumdur. “Erməni” sözü yalnız türk dilində mənaya malikdir. Müasir Ermənistanda yaşayan, hamının erməni adlandırdığı xalq isə özünü “hay” adlandırır.

Qafqaz tarixinin heç bir araşdırmaçısı hayların bu bölgədə nə vaxtsa yaşaması ilə bağlı heç bir elmi məlumata malik deyil.

Eləcə də tarixi mənbələrdə haylarla bağlı məlumat yoxdur. Tarixdə “erməni” adi ilə bağlı bilgilər avtomatik olaraq hayların adına yazılır. Bəs, bu haylar kimdir, ermənilərlə hayların nə kimi əlaqəsi vardır və onlar Ermənistana hardan gəlib çıxıb?

Əgər haylar doğrudan da Qafqazın aborigen xalqıdırsa, o halda qonşu xalqlarla – gürcü və türklərlə oxşar genetik yaxınlığa malik olmalıydılar. Lakin hayların nə gürcülərlə, nə də türklərlə hər hansı bir uyğunluğu yoxdur. Hətta bu xaqların şifahi xalq yaradıcılığında haylar haqqında məlumat belə, yoxdur. Qafqazda yalnız hayların tibb elmində bu günədək sirri açılmamış “erməni xəstəliyi” adlanan xəstliyə tutulması da hayların Qafqazda aborigen olmadıqlarının digər sübutlarındandır.

Bəs bu xalq Qafqaza hardan gəlib? Bunun üçün əcnəbi və erməni müəlliflərinin verdiyi bilgilərə nəzər salmaq kifayətdir.

Keçən əsr qafqazşünaslarından biri İ.Şopen haylar haqqında yazır: “Aydınlaşdırmaq çətindir ki, bizim ermənişünas alimlər nəyə əsasən özlərinə rəva biliblər ki, bütün hallarda haykanların və onların vətəni “Hayıstan”ın adını tamamilə başqa xalqın adı ilə dəyişib tərcümə ediblər: Aydındır ki, Yafəsmənşəli, şimaldan gəlmiş dağlı Armenlə – Ermənistanla, cənubdan gəlmiş samimənşəli haykanların (hayların) heç bir ümumi cəhətləri yoxdur və ola da bilməz … Ermənilərdən, Parsuqdan, haykanlardan və yəhudilərdən yeni qarışıq bir xalq əmələ gəldi ki, nəinki öz tipik müstəqilliyini, hətta özünün həqiqi, doğma adını da itirdi”.

Haylaşan yəhudilərin bir hissəi “Zok” adı ilə seçilirlər. Əsl haylar öz adlarını heç də unutmayıblar. Onlar öz dillərində özlərini düzgün olaraq “hay”, vətənlərini də “Hayıstan” adlandırırlar. Ancaq, “ermənişünasların” onlara verdikləri “erməni” və “Ermənistan” adlarından çox məharətlə istifadə edirlər. Əslində ermənilər həmişə də özlərini “hay”, vətənlərini “Hayıstan” adlandırıblar. Həqiqətdə isə belə bir ərazi heç vaxt mövcud olmayıb. Təbii olaraq tarixi mənbələrdə də “hay” və “Hayıstan” haqqında məlumat verilmir. Hazırda erməni mənbələri kimi tanınan mənbələr isə “haylar”a deyil, məhz ermənilərə məxsusdur.

Hay dili ilə bu mənbələri ayıran ciddi fərqlər də buna sübutdur. Hay alimi X.Abovyan yazır: “Mənə elə bir müasir dil məlum deyildir ki, o, yeni erməni dilinin qədim erməni dilindən fərqləndiyi qədər fərqlənsin… heç bir dil mənim üçün bu qədər çətin olmamışdır”.

Bu sözləri altı dili sərbəst bilən yazıçı və alim yazmışdır. Əsl həqiqqətdə yeni erməni dili – “haylar”ın, qədim erməni dili – türklərin dilidir. Ona görə bu iki dil bu qədər fərqlənir.

X.Abovyan yazir: “… ona görə ki, bütün anlayışlar, sözlərin quruluşu, hətta ayrı-ayrı sözlər müasir dövrdəki ifadə tərzinə və şərhlərə uyğun deyildir”. Əgər doğurdan da bu qədim dilin xüsusiyyətləri “hay” xalqının müasir dilindən bu qədər seçilirsə, bəs bu dil hansı xalqa məxsusdur? Bu suala da yenə erməni-hay alimləri cavab verirlər. Qədim erməni dili kilsə dili, yəni mədəni dil olub. Kilsə xadimi Narses bu dil haqqında yazmışdır: “Köhnə erməni dilinin quruluşu, konstruksiyası əksəriyyət etibarilə tatar (türk) dili ilə uyuşur. Köhnə erməni dilinin halları var, yeni erməni dilində sözlər arasında ədatlar qoyulur”. Bu da alban kilsəsinin dili olan qədim erməni dilinin türk dili olduğunu sübut edir. Bunu da sübut edən erməni alimidir. Bu fakt həm də xristianlaşmış türklərin bu bölgələrdə əvvəldən mövcud olduqlarını bir daha sübut edir.

Akademik N.Y.Marr qeyd edir: “Erməni xalqı kimi, erməni dili də hibrid, calaq dildir”.

Erməni alimi, akademik M.Abeqyan da həmin fikri təkrar edir: “Erməni dili hibrid dildir. O biri yandan, erməni qəbiləsi də hibriddir, Urartu və başqa qonşuları assimlyasiya etmişdir”.

Hibrid xalq nə deməkdir? Bu gün metis və ya mulat adlanan insanlar vardır: iki xalqın və ya iki irqin qarşığından meydana çıxıb. Bu da onu göstərir ki, müasir ermənilər hayların fiziki mövcudluğunu türk-ermənilərin tarixini özlərində hibridləşdirməklə meydana çıxıblar. Yəni xalq – hay, tarix və coğrafiya isə erməni türk tayfasına məxsusdur.

Bəziəri hayları farslara qohum kimi qələmə verərək, onları Qafqaza bağlamaq istəyirlər. Müasir erməni-hay dilinin İran dillərinə daxil edilməsinin düzgün olamadığını da məhz erməni alimi M.Abeqyan sübut edir. O yazır: “Hay dilinin təxminən 800-dək kökü iranmənşəli olması bəhanə olmuşdur”. Deməli, hay dili İran dillərindən deyil və ola da bilməz. Çünki haylar özləri samimənşəlidirlər, hayların mənşəyi, hay xalqının törəməsi hay dilinin mənşəyini açmaq üçün də mühüm açardır.

Bəs haylar Qafqaza doğru nə vaxt, necə və nə üçün miqrasiya etmişlər?

Tarixi mənbələrdən məlumdur ki, haylar Fransanın cənubundan eramızdan təxminən 2500 il əvvəl qaraçıların Hindistandan çıxarılmasına uyğun şəkildə çıxarılmışlar. Buradan Aralıq dənizin cənubuna, indiki Livan ərazisinə keçmişlər. Bir necə yüz ildən sonra Livandan Dəclə-Fərat vadisinə – Assuriyaya keçmişlər.

Eramızdan əvvəl VIII əsrdə Urartu şahı Assuriyaya qarşı on dörd hərbi yürüş edir və nəticədə 91 min kişi, 52 500 nəfər qadın və 74 min nəfər uşaq ələ keçirə bilir. Bu insanların böyük əksəriyyəti Assuriyaya köçmüş “hay” kimi tanınmış xalq olublar.

 

Erməni alimi Kapanasyan hayların ilk məskəni olan Xa-ya-sa-nı “təpə”, “şəhər” kimi izah edir. Bəzən bu sözü hayların eponimi “hayk” adı ilə bağlayırlar.

Assuriyalıların birbaşa qalıqları ilə bağlı Aysor mənşəli sovet alimi D.S.Sadayev yazır: “…Assuriyaya on minlərlə əsir aparıb, bu ölkəni də Nairi adlandırıblar”.

Tədqiqatçı M.Xorenli də hayların cənubdan Dəclə-Fərat tərəfdən gəldiyini təsdiq etmişdir.

Erməni alimi M.Abeqyan yazır: “Haykın nəsli oğlu Armenakın başçılığı ilə Xarkdan şimali-qərbə yayılıb, Ayraratda məskunlaşmışlar. Burada qədim sakinlər (türklər!) var idi. Sonra haylar (ermənilər) Şiraka, Qexakuni və Siyunikə doğru hərəkət etmişlər”.

Bu məlumatları hayların tarixən kompakt yasadığı ərazilərlə əlaqələndirsək və hayların tarixi ilə bağlı digər mənbələrə baxsaq, hayların Qafqaza gəlişinin marşrutu eramızdan təxminən 2500 il əvvəl Fransanın cənubundan başladığı (hayların Fransanın cənubundan qovulması faktı bir çox tədqiqatçı tərəfindən sübut olunub), Aralıq dənizinin cənub tərəfinə – Livana keçdiyi, bir neçə əsrdən sonra Livandan Dəclə-Fərat arasına Suriya-İraq ərazisinə köçdükləri, eramızdan əvvəl VIII əsrdə Assuriyaya gətirildikləri, oradan indiki Türkiyə ərazisinə yayıldıqları və XVIII əsrdən başlayaraq rus dövlətinin həyata keçirdiyi demoqrafik siyasət əsasında Qafqazda konsentrasiya olunduqları aydın olar.

Bunu hayların dili də sübut edir. Bu dil nə fars, nə gürcü, nə də türk dilinə yaxındır, hansı ki, minillər qonşu yaşamış xalqların dillərində uyğunluqlar aşkarlanır. Hayların dili öz kökünə görə daha cox fransız dilinə yaxındır. Bu da hayların Fransadan çıxdığını sübut edən digər bir faktdır

Bütün bunlardan sonra Azərbaycan Türk İmperiyasının – Qacariyyənin süquta uğradılmasında rus, fars və inglislərlə yanaşı, fransızların da iştirakının səbəbi aydın olur. Fransızlar məhz mənşəcə özlərinə yaxın olan hayların Qafqazda Azərbaycan topraqları hesabına dövlət qurmalarında maraqlı olduqları üçün bu gizli müqaviləyə qoşulmuş və Napoleonun müttəfiqi olmuş Qacariyyəyə xəyanət etmişdir. Bu dörd dövlət Azərbaycan türklərinin birləşməsi, bu bölgədə gücə çevrilməsi qarşısında əsas mane kimi son bir neçə yüz ildə ortaq siyasət yürüdür. 1956-cı ildə Pişəvəri hərəkatının süquta uğradılması, Azərbaycanın biləşməsinə imkan veriməməsi, ermənilərin Azərbaycana qarşı zaman-zaman meydana çıxan haqsız iddalarının müdafiə edilməsinin də səbəbini burada axtarmaq lazımdır.

Tarixin ironiyasıdır ki, slavyanlaşdırılmış bir türk tayfası olan ruslar, bir türk tayfasının adını mənimsəmiş haylarla birləşib, uzun illərdir ki, bu bölgədə gizli türk düşmənlərinin əlində alət olaraq türk düşmənçiliyini körükləyirlər. Təəssüf ki, etnik ruslar həm öz tarixlərinin, həm də hayların tarixinin saxtalaşdırılmasına hələ də laqeyddir.

Jirinovski açıq şəkildə rusların ermnilərin hamisi olduğunu, Rusiyanın Ermənistanın strateji müttəfiqi olduğunu və özünün Azərbaycan üzərində gücünü nümayiş etdirməsininin vacibliyini vurğulayır. Təbii ki, Azərbaycan xalqı öz gücü ilə Ermənistan kimi bir neçə dövlətə qalib gələ bilər. Amma etiraf edim ki, Rusiya qarşısında hələ ki, gücsüzük. Lakin dünya artıq dəyişir. İndi Azərbaycan da əvvəlki ilərdən fərqli olaraq bir milyard yarımlıq İslam dünyası ilə strateji müttəfiqdir. 2 milyonluq İslam ordusunun tərkibində 300 minlik ordu ilə təmsil olunur. Aprelin əvvəlində dord günlük müharibə ərəfəsində Pakistan (Nüvə dövləti), İran, Türkiyə, Qazaxıstan, Türkmənistan və bəzi ərəb ölkələrinin Azərbaycanla həmrəylik ifadə edən birmənalı mövqeləri Rusiyanın İslam dünyası ilə üz-üzə gələ biləcəyindən xəbər verir. Məncə, bu qarşıdurmada Rusiya kifayət qədər gücsüz olacaq. Nəzərə alsaq ki, Rusiyanın daxilində də 50 milyondan artıq türk-müsəlman əhalisi yaşayır, bu qarşıdurmanın açıq müstəviyə keçəcəyi təqdirdə Rusiyanın gözlənilməz sürprizlərlə qarşılaşacağı şəksizdir.

Cənab Jirinovski, bunu da avanturist ağlınla düşünsən, pis olmaz!

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR