Saat:15:31
Haqqımızda

JİRİNOVSKİYƏ TARİX DƏRSİ - Rusiyada türkmənşəli çarların hakimiyyətinə kimlər və niyə son verdi?

2021-08-17 16:58:00

JİRİNOVSKİYƏ TARİX DƏRSİ - Rusiyada türkmənşəli çarların hakimiyyətinə kimlər və niyə son verdi?

Sərdar CƏLALOĞLU

Azərbaycan Demokrat Partiyasının sədri

Redaksiydan: 2016-cı ilin aprel ayında Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu “Hürriyyət” qəzeti vasitəsilə Rusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovskiyə açıq məktub ünvanlamışdı. Mövzunun aktuallığını nəzərə alıb, həmin yazını yenidən dərc edirik:

Cənab Jirinovski!

Azərbaycanda özünə hörmət edən heç bir siyasətçi sənin türk, islam və Azərbaycan dövləti haqqında tarixi həqiqətləri ört-basdır və təhrif etməklə, zaman-zaman sərsəm çıxış və bəyanatlarına cavab verməyi özünə sığışdırmır. Çünki səni Azərbaycanda “Kreml təlxəyi” kimi tanıyırlar.

Avropada da sənin çıxışlarına məhəl qoymurlar. Sənin partiyan ilk dəfə Dumaya seçkilərdə 6 milyon səs yığdıqdan sonra, Avropa analitikləri rus xalqının ruhi vəziyyəti ilə bağlı əndişələrini ifadə etmişdilər. Onlar belə hesab edirdilər ki, ağlı başında olan kimsə sənin kimi ağır psixoloji-ruhi vəziyyətdə olan insana səs verməz…

Rusiya dövlətində tutduğun mövqe və titulların səbəbindən, bəzi sadəlövh insanların sənin sözlərinə inana bilməsini nəzərə alıb, mən bu yazımla sənin bu günə kimi səsləndirdiyin və bundan sonra da səsləndirəcəyin fikirlərə cavab yazmağa ehtiyac hiss etdim.

“Erməni dövlətini erməni xalqı yox, rus dövləti yaradıb”

Bu yazımda sənin Rusiya Erməniləri İttifaqının (REM) media kanalına verdiyin müsahibənə əsaslanmağı məqsədəmüvafiq hesab edirəm. Hər şeydən əvvvəl, ədalət naminə, sənin verdiyin müsahibədə “Ermənilər unutmasınlar ki, Rusiya tarix boyu onları farslardan, türklərdən xilas edib. Biz Ermənistanı ələ keçirdik, Ermənistan yarandı. Bizim köməyimizlə… Azərbaycanı biz ələ keçirməmişik… Dağıstan müsəlmanların yaşadığı yerdir və oranın əhalisinin əksəriyyəti türkdillilərdir. Ümumiyyətlə, qaraçaylar, çərkəzlər – Şimali Qafqazdakı xalqların əksəriyyəti türkdilllilərdir…  Oktyabr inqilabına qədər Şimali Qafqazda türk dili tədris olunurdu… Türkiyənin şimal-şərq əyalətlərini türklərdən alıb ermənilərə vermək lazımdır. Ermənistan bu ərazilərlə birləşməlidir. Onda ermənilər Dağlıq Qarabağı unudacaqlar… Türklər isə çıxıb Orta Asiyaya, vətənlərinə getsinlər, Daşkəndin yanında yaşasınlar. Bu, 21-ci əsrin ortalarına olan vəzifədir…" kimi fikrinə görə təşəkkür etməliyəm. Bizdə buna “dəlidən doğru xəbər” deyərlər. Əslində, biz də dünyaya və özünü erməni adlandıran qonşu xalqa məhz bunu inandırmaq istəyirik ki, Qafqazda “haylar” (özlərini erməni adlandıran müasir ermənilər- müəl.) son yüzilliklərdə peyda olublar. Rusiyanın işğal etdiyi Azərbaycan topraqlarını ilhaq etdikdən sonra, Yaxın Şərqdən “haylar”ı sürəkli olaraq bu ərazilərə köçürməsi nəticəsində müasir Ermənistan meydana çıxıb.

Sən bu müsahibəndə rus dövlətinin ənənəvi türk düşmənçiliyini, həm də Dağıstanın Azərbaycan-türk topraqları olduğunu, burada əsasən türkdilli xalqların yaşadığını və rusların zorla onları öz sərhədlərində saxladığını açıq şəkildə etiraf etmisən. Bəli, indiki Dağıstan Azərbaycanın tarixi ərazisidir. Nadir şahın vaxtında Əfşar türk imperiyasının Rusiya ilə sərhədləri indiki Stavropol vilayətindən keçirdi. Sonralar ruslar Azərbaycanın Şimali Qafqaz ərazilərini işğal və ilhaq etmişdir. Amma Dağıstanda türk dilinin yalnız çar dövründə tədrisi ilə bağlı dediklərin həqiqətəuyğun deyil. Bu, sovet dönəmində olmuşdur. Sovet dönəmində nəinki Dağıstanda türk dili tədris olunurdu, hətta 60-cı illərədək Dağıstana rəhbərlər Bakıdan təyin olunurdu. Çünki Dağıstan Bakıya tabe idi. Dağıstanın mərkəzi İnciqala da ruslar tərəfindən sonradan – 1844-cü ildə I Pyotr vaxtında “Petrovski”, sovet dönəmində isə “Maxaçkala” adlandırılmışdı.

Bir sözlə, Rusyanın öz toraqlarını başqa xalqarın topraqları hesabına genişləndirmə ənənəsi sənin Ermənistanı Türkiyə dövləti hesabına böyütmək kimi sərsəmləmələrinə səbəb olub. Ağlı başında olan erməni yaxşı başa düşür ki, rusların onları gah Azərbaycana, gah Türkiyəyə, gah Gürcüstana, gah da İrana qısqırtması erməni məhəbbətindən qaynaqlanmır. Rusiyaya türk-islam dünyası ilə münaqişdə tərəf olacaq bir xalq lazımdır – hansı ki, müsəlman dünyası ilə münaqişə meydana çıxarsın, özü isə bu münaqişdə vasitəçi kimi çıxış edərək, öz dövlətinin maraqlarını təmin etsin.

Dağlıq Qarabağ problemini də, sənin də etiraf etdiyin kimi, ermənilərin adından ruslar yaradıb, bu problemin tezliklə və ədalətli həllinə də ruslar mane olur və problemin həllində vasitəçi kimi siyasi alver edirlər.

Azərbaycan necə işğal olunub?

Sənin “Azərbaycan isə Çar Rusiyasının tərkibinə İranın qərarından sonra daxil olub – Tehranda Rusiyanın səfiri Qriboyedov qətlə yetiriləndən sonra” fikrin isə tam sənə xas sərsəmləmədir.

Əvvala, dünya tarixində, o cümlədən Şimali Azərbaycan ərazilərinin Rusiya tərəfindən işğal edilməsi dövründə dünyada İran adında dövlət olmayıb. Bunu sübut etmək üçün həmin dövrdə imzalanan dövlətlərarası rəsmi əhdnamələrə baxmaq kifayətdir. İstər Napaleon Fransası, istər Çar Rusiyası, istərsə də Osmanlı İmperiyası ilə bütün müqavilələrdə tərəf Qacariyyə dövləti olmuşdur. İran coğrafi yer adıdır. İran adında dövlət rəsmən 1922-ci ildə sonuncu Qacariyyə türk şahı – Əhməd şah ingilis-rus-fars ittifaqının birgə səyi ilə taxtdan salındıqdan və fars mənşəli Pəhləvi sülaləsi hakimiyyətə gətirildikdən sonra meydana çıxıb.

“Gülüstan” və “Türkmənçay” müqavilərinin Qacariyyə dövləti adından imzalanması da bununla bağlıdır. Qacariyyə xalis Azərbaycan türklərinin bu bölgədəki 500 illik imperiyasının tarixi varisi olub və bütün Qacariyyə hökmdarları Azərbaycan türkü olub.

Azərbaycanın Rusiyanın tərkibinə qatılmasının səbəbi ilə bağlı dediklərin də sərsəmləmədir. Qacariyyənin tərkibində olan iki Azərbaycan xanının – İrəvan və Qarabağ xanının şahlıq iddiasında olması və bunun üçün Çar Rusiyasından kömək istəmələri, rusların isə bundan sui-istifadə edib Azərbaycanın Ermənistan və Qarabağ ərazilərini işğal etməsi və bu iki əraziyə özünün də etiraf etdiyin kimi, erməniləri yerləşdirməsinə səbəb olub.

Bəs Qriboyedovun ölümü ilə bağlı həqiqət necədir?

Azərbaycanın Rusiyaya birləşdirilməsi iki müqavilə – “Gülüstan” və “Türkmənçay” müqaviləri ilə həyata keçirilib. “Gülüstan” müqaviləsi 1813-cü il oktayabrın 12-də Rusiya İmperiyasi ilə Qacariyyə arasında imzalanıb. Bu müqavilə ilə coğrafi Azərbaycan rus dövləti ilə Qacariyyə arasında bölünüb. Bu müqavilənin imzalanmasında İngiltərənin Qacariyyə hokmdarına təzyiqləri ciddi rol oynamışdır. Bunun səbəbi haqqında aşağıda şərh verəcəyik. Hansı ki, bu müqavilə birinci Rus-Qacariyyə müharibəsinin başa çatdırılmasına xidmət edib.

Müqaviləyə Qacariyyənin adından şahın vəkili Mirzə Əbdülhəsən xan, Rusiya tərəfindən Ratişev imza atib. Bu müqavilə ilə, İrəvan və Naxçıvan istisna olmaqla, Araz çayından şimaldakı topraqları Rusiya işğal və ilhaq edib. Rusiya işğal etdiyi ərazilərin etnik mənzərəsini dəyişdirmək məqsədilə, orada erməniləri məskunlaşdırmağa başlayıb. Sonra Rusiyanın Azərbaycan ərazilərinin işğalını davam etdirməsi nəticəsində ikinci Qacariyyə-Rusiya müharibəsi başlamışdır. Bu müharibədə də Avropa müttəfiqlərinin xəyanəti nəticəsində Qacariyyənin məğlub olması “Türkmənçay” müqaviləsi ilə başa çatıb. Bu müqaviləyə görə, İrəvan və Naxçıvan xanlıqları da Rusiya tərəfindən ilhaq edilib. Həmin müqavilənin imzalanmasında müşahidəçi kimi Qacariyyə tərəfindən vəlihəd Abbas Mirzə, Rusiya tərəfindən səfir A.S.Qriboyedov, tərcüməçi kimi Bakıxanov iştirak edib. Müqavilə Mirzə Əbdül Həsən xan və İvan Paskeviç tərəfindən imzalanıb.

Buradan belə bir sual meydana çıxır: əgər Azərbaycan Qriboyedovun “qanbahası” kimi Rusiyaya verilibsə, onda Qriboyedovun ölümündən çox-çox əvvəl “Gülüstan” müqaviləsi necə bağlanıb və o, “Türkmənçay” müqaviləsinin bağlanmasında səfir kimi necə iştirak edib?!

Tarixin saxtalaşdırılması rusların və ermənilərin adətidir. Azərbaycan Rusiya tərəfindən işgal olunub və həmin dövrün şərtlərinə görə, bir neçə yüz illiyə ilhaq edilib. Heç kəs Azərbaycanı Rusiyaya hədiyyə etməyib. Bəs Qriboyedov məsələsi necə olub?

Cəvahirat tarixindən məlumdur ki, Rusiyanın almaz fondunda dünyanın ən bahalı brilyantlarından biri – “Nadir şahın almazı” adlanan 88,7 karatlıq brilyant saxlanır. Həmin brilyant Azərbaycan hökmdarı Nadir şahın Hindistan yürüşündən qənimət götürülmüşdü və rus-erməni fitnəkarlığı nəticəsində Tehranda rus səfiri Qriboyedovun terror edilməsi zamanı Qacariyyə ilə Rusiya arasında yeni müharəbənin qarşısını almaq üçün Qacariyyə şahı bu brilyantı və bununla bərabər, çoxlu olduqca bahalı cəvahiratı I Nikolaya göndərib. Bu faktı orta məktbdə oxuyan hər bir rus uşağı bildiyi halda, görəsən, səni nə məcbur edir ki, tarixi saxtalaşdırasan?

Onu da nəzər-diqqətinə çatdırım ki, Şimali Azərbaycan ruslar tərəfindən işğal olunduqdan sonra, Çar və Sovet Rusiyasının əsarətindən qurtarmaq üçün Azərbaycanda onlarla nəhəng üsyanlar olub və bütün bu üsyanlar ruslar tərəfindən qan içində boğulub. Şeyx Şamilin rus işğalına 25 il müqavimət göstərməsi də bu dirənişin şanlı səhifəsini təşkil edir. Rus əsarəti dövründə ruslar imperiya sərhədlərində “haylar”ın türklərdən “üstünlüyünü” saxlamaq üçün bizim xaqımıza qarşı genosid siyasəti aparmış, Azərbaycan xalqının elitasını zaman-zaman müxtəlif adlar altında məhv etmiş, milli sərvətlərimizi talan etmiş, mədəni, iqtisadi inkişafımızı əngəlləmiş, tariximizi saxtalaşdırmış və Azərbaycan türklərinə qarşı assimilyasiya siyasəti aparmışdır. Azərbaycan türklərinin rus işğalına qarşı son ayaqlanması 1990-cı ilin 20 yanvarında rusların son türk-müsəlman qırğını ilə istiqlal əldə etməyimizlə nəticələndi.

Rusların erməni sevgisi

Görəsən, Qafqaz xalqları arasında rusların ermənilərə olan “tarixi sevgisi” nə ilə bağlıdır? Bunu dinlə əlaqələndirmək olmaz. Çünki Qafqazda ruslarla sərhəddə olan gürcülər yaşayır və ruslar, ermənilərdən fərqli olaraq, həmişə gürcülərə düşmən münasibətdə olub. Hətta gürcülər çar dövründə ruslardan qorunmaq üçün Azərbaycanın himayəsinə sığınıb. Bu münasibət bu gün də davam edir. Deməli, “erməni sevgisi” dinlə bağlı ola bilməz. Bəlkə, bu, ermənilərlə rusların etnik yaxınlığı ilə bağlıdır? Bu suala cavab vermək üçün rusların və ermənilərin etnogenezinə baxmaq lazımdır.

Ruslar kimdir?

(Ardı var)

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.166448