Jirinovskinin oğlu dava saldı, polisi vurdu

2023-02-16 16:38:00

Jirinovskinin oğlu dava saldı, polisi vurdu

Vladimir Jirinovskinin oğlu Oleq Eydelşteyn Moskvada polisə hücum edib.

Hurriyyet.az Lenta.ru-ya istinadla xəbər verir ki, o, restoranda əlbəyaxa dava salıb və buna görə saxlanılıb.

Polis izahat alınmaq üçün onu şöbəyə aparıb və Oleq Edelşteyn polis inspektorunun döş qəfəsinə zərbələr endirib.

Zərərçəkənə körpücük sümüyünün zədələnməsi diaqnozu qoyulub.

O. Eydelşteyn barəsində xırda xuliqanlığa görə protokol tərtib edilib.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.164613