Saat:21:50
Haqqımızda

Jirinovskidən təəccüblü XAHİŞ-"Üçüncü dünya müharibəsini təxirə salın"

2021-10-21 12:59:00

Jirinovskidən təəccüblü XAHİŞ-

Qalmaqallı rus siyasətçisi, Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski üçüncü dünya müharibəsinin başlanacağını proqnozlaşdırır. Onun sözlərinə görə, hər şey Ukraynadan başlayacaq. Siyasətçi müharibə tarixini də səsləndirib-2027-ci il. O, "Rusiya 1" telekanalının efirində bu açıqlamanı verib.
Jirinovski, hərbi təlimlər adı altında NATO-nun Rusiya sərhədlərinə silah-sursat topladığına əminliyini ifadə edib. "Bu, müharibəyə hazırlığın növbəti mərhələsidir və 2027 -ci ildə növbəti təlimlər döyüş meydanına çevriləcək, əsl müharibə başlayacaq", Jirinovski deyib.
Müharibənin niyə 2027-ci ildə başlayacağı sualına isə, Jirinovski növbəti ildönümünü sakit  atmosferdə qeyd etmək istədiyini söyləyib. "80 yaşımı sakitcə qeyd etmək istəyirəm. 2026-cı ildə, 80 il, sonra isə 85 yaşıma qədər başlaya bilərsiniz", siyasətçi deyib. O həm də bildirib ki, əvvəllər Ukraynada bütün genişmiqyaslı dünya müharibəsi üçün kifayət edəcək nəhəng silah ehtiyatları var idi. Ancaq onun sözlətinə görə, sonra bütün silahlar oğurlanaraq satılıb.

Ülviyyə, Hurriyyet.az
 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR