Japarov da Xankəndiyə gəlir
2025-07-03 09:37:34

Qırğızıstan Prezidenti Sadır Japarov bu gün Azəbaycana səfər edəcək.
Hurriyyet.az xəbər verir ki, Japarov 3-4 iyul tarixlərində ölkəmizdə işgüzar səfərdə olacaq.
Qırğızıstan prezidenti İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Xankəndidə keçiriləcək 17-ci sammitində iştirak edəcək.
Həmçinin Japarovun səfəri zamanı Ağdam rayonunda Qırğızıstan tərəfindən tikilmiş “Aykol Manas” məktəbinin rəsmi açılışı keçiriləcək.
Qafqazinfo.az
