Saat:06:34
Haqqımızda

Jalə Əhmədova seçkiyə qatılmayacaq

2024-07-22 22:04:13

Jalə Əhmədova seçkiyə qatılmayacaq

Milli Məclisin VI çağırış deputatı Jalə Əhmədova sentyabrın 1-də keçiriləcək növbədənkənar Parlament seçkilərində iştirak etməyəcək.

Hurriyyet.Az xəbər verir ki, bu barədə onun köməkçisi Modern.az-ın sorğusuna cavab olaraq bildirib.

Qeyd edək ki, Jalə Əhmədova 2020-ci ildə 59 saylı Salyan seçki dairəsindən deputat seçilib.

O, VI çağırış Milli Məclisdə İnsan hüquqları, Gənclər və idman komitələrinin üzvü olub.

Qeyd edək ki, deputatın köməkçisi onun namizəd olmayacağı barədə məlumatı əvvəlcə təsdiq, daha sonra təkzib edib. Ardınca onun köməkçisi Modern.az-la əlaqə saxlayaraq Jalə Əhmədovanın namizəd olmayacağı barədə qərar qəbul etdiyini bildirib.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.182565