İzmirdə güclü zəlzələ oldu
2024-01-27 10:00:24
.jpg)
Türkiyənin İzmir şəhərinin Menderes rayonunda 5,1 bal gücündə zəlzələ baş verib.
Hurriyyet.az xəbər verir ki, məlumatı AFAD yayıb.
Egey dənizində qeydə alınan zəlzələ yerin 8,51 km dərinliyində meydana gəlib.
Tələfat və dağıntı barədə məlumat yoxdur.
