Saat:03:44
Haqqımızda

İYİ və CHP partiyalarından prezident İlham Əliyevə şikayətnamə: “O konsula tapşırın ki, belə səhvlər etməsin”

2022-01-22 00:39:00

İYİ və CHP partiyalarından prezident İlham Əliyevə şikayətnamə: “O konsula tapşırın ki, belə səhvlər etməsin”

“Azərbaycanın Qarsdakı konsulu Nuri Quliyev Qars sakinləri arasında siyasi düşüncə ayrıseçkiliyi edərək, vətəndaşların bir bölümünün Azərbaycan sevgisinə kölgə salmağa çalışır”. 
 

İYİ və CHP partiyalarının Qars vilayət təşkilatlarının bu gün keçirdikləri ortaq mətbuat konfransında bu fikirlər səsləndirilib.
 
İYİ Partiyanın İl Başkanlığının yetkilisi Yüksel Akbabanın facebook səhifəsində paylaşdığı bəyanatda Azərbaycan Prezidentindən xahiş olunur ki, Nuri Quliyevə öz fəaliyyətində ayrıseçkiliyə yol verməməsi barədə xəbərdarlıq edilsin. 

 
 
Qeyd edək ki, Türkiyənin parlament partiyalarını qəzəbləndirən Nuri Quliyevin onları konsulluq tərəfindən keçirilən heç bir tədbirə çağırmamasıdır. Sonuncu dəfə dünən "20 Yanvar" hadisəsi ilə əlaqədar keçirilən tədbirə yenə AKP-dən başqa digər partiyalar dəvət olunmayıb, bu da İYİ və CHP təmsilçilərinin etirazına səbəb olub. Görünür, Qarsdakı konsulluğumuzun ağlı Azərbaycana getdiyindən İYİ və CHP-ni rəsmi tədbirlərə çağırmağın düşər-düşməzi olduğuna inanır.
 
Karsdakı konsulumuz Nuri Quliyev Vasif Talıbov iməcliklərini Türkiyəyə daşıyan diplomat kimliyi ilə ün qazanıb.

Ovqat.com 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR