"İxrac üçün 10 milyardlıq taxılımız var" - Zelenski

2022-07-23 13:34:00

Taxıl dəhlizinin yaradılması haqqında saziş sayəsində ötənilki taxıl məhsulunun təxminən 20 milyon tonu ixrac olunacaq.

Hurriyyet.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski ənənəvi axşam müraciəti zamanı deyib

“Bu ilki məhsul da artıq yığılır və o da satıla bilər. Bunlar fermerlərin, bütün kənd təsərrüfatı sektorunun və dövlət büdcəsinin gəlirləridir. Bunlar iş yerləri deməkdir. Artıq 10 milyard dollar dəyərində taxılımız var”, - deyə Zelenski bildirib.

O əlavə edib ki, ərzaq böhranının şiddətini azaltmaq şansı var.

“Qlobal fəlakətin - dünyanın bir çox ölkələrində, xüsusən də bizə yardım edən ölkələrdə siyasi xaosa səbəb ola biləcək aclığın qarşısını almaq şansı var. Bu, Ukraynanın bu müharibədə duruş gətirə biləcəyinin növbəti nümayişidir”, - deyə Zelenski əlavə edib.

Xatırladaq ki, Qara dəniz vasitəsilə Ukraynadan kənd təsərrüfatı məhsullarının ixracı üçün taxıl dəhlizinin yaradılması haqqında saziş dünən İstanbulda Türkiyə, Ukrayna, Rusiya Federasiyası və BMT nümayəndələri tərəfindən imzalanıb.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.069474