Saat:13:40
Haqqımızda

“İvermectin” preparatı koronavirusa yoluxmuş insanlarda xəstəliyin müddətini və yoluxma səviyyəsini azaldır

2021-08-04 16:25:00

“İvermectin” preparatı koronavirusa yoluxmuş insanlarda xəstəliyin müddətini və yoluxma səviyyəsini azaldır

İsrailin Şeba Tibb Mərkəzinin apardığı araşdırmaya görə, 3 -cü Dünya ölkələrində parazitlərlə mübarizədə istifadə edilən “İvermectin” preparatı koronavirusa yoluxmuş insanlarda xəstəliyin müddətini və yoluxma səviyyəsini azaldır, maliyyəti  isə gündə 1 dollardan daha ucuz başa gəlir.

1987-ci ildə ABŞ Qida və Dərman İdarəsi (FDA) tərəfindən təsdiqlənmiş dərmanın müəllifləri, parazitar yumru qurd infeksiyasının səbəb olduğu onkoserkiyaz, başqa adla çay korluğu diaqnozunun müalicəsi üçün 2015 -ci ildə Tibb üzrə Nobel Mükafatına layiq görülmüşlər.

İllərdir ki, baş biti, qaşınma kimi parazitlərə qarşı istifadə edilən “İvermectin” aparılan kliniki sınaqlarda son 10 ildə qripdən AİDS-ə, “Zika”dan “Qərbi Nil”ə qədər bir çox virusa qarşı da təsirli olmuşdur.

İqtisadi baxımdan son dərəcə sərfəli olan “İvermectin” ilə Banqladeşdə 5 günlük müalicənin qiyməti 0,60-1,80 dollar arasında dəyişir. Professor Eli Şvartz tərəfindən qurulan Şeba Tibb Mərkəzi tərəfindən, 15 May 2020 və 31 Yanvar 2021 tarixləri arasında xəstəxanaya yerləşdirilməyə ehtiyacı olmayan, aşağı və orta dərəcədə Kovid-19-a yoluxmuş 89 yetkin könüllü ilə aparılmış “ikiqat kor” infeksiyasının qarşısının alınması sınağında üç gün yeməkdən bir saat əvvəl həbi qəbul edənlər, həb dayandırıldıqdan üç gün sonra, yəni altıncı gün test edildi. “İvermectin” qəbul edənlərin 72 faizi mənfi nəticə verdi və yalnız 13 faizi yoluxucu olaraq qaldı.

“MedRxiv”də yayınlanan araşdırmada “İvermectin”in hər şeydən əvvəl antiviral aktivliyə malik olduğunun aşkarlanmasını bildirən Şvartz, dərmanı istifadə edən şəxsin 4-6 gün ərzində infeksiyadan qurtulma ehtimalının demək olar ki, 100% olduğunu söylədi: "Bunun böyük iqtisadi və sosial təsirləri ola bilər, çünki insanların daha qısa təcrid müddətinə yol aça bilər". Daha əvvəl “American Journal of Therapeutics” jurnalında nəşr olunan araşdırmada, kovid əleyhinə güclü müalicə effektivliyi göstərən “İvermectin”in, kovid ölümlərini 75% azaltdığı qeyd edildi.

Bu cür nəticələrə baxmayaraq, nə FDA, nə də BMT-yə bağlı Dünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusla mübarizədə İvermektinin istifadəsini təsdiq etmək istəmir. Niyə? Çünki bu dərmanın istifadəsi FDA-nın istifadəsini dirədiyi bütün peyvəndlərin təcili istifadə təsdiqini ləğv edir. Yenə də təsdiq olunur ki, indiyə qədər pandemiya adı altında “Üç Meymun” tamaşası səhnəyə qoyuldu və oynanıldı. “İvermctin”in bu xüsusiyyətlərinin indi parlaq şəkildə mətbuatda açıqlanması isə o deməkdir ki, pandemiyanı tamaşaya qoyanlar artıq onu bitirmək qərarına gəliblər, amma bu mərhələdə də “sıravi insanların belindən və dövlətlərin büdcəsindən pul qazanmaq fikrindən vaz keçmirlər….Bu dəfə də külli maliyyə bu dərmanı istehsal edən əczaçılıq şirkətlərinin cibinə axacaq….

P.S. «İvermectin» preparatının patenti Almaniyanın Darmstadt şəhərində yerləşən «Merck KGaA» firmasına məxsusdur.

Hazırladı: Ülviyyə Şükürova

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR