Saat:08:16
Haqqımızda

"İvanişvilinin 120 minlik mitinqi Qərbə əzələ nümayişidir" - MƏHƏMMƏD ƏSƏDULLAZADƏ

2024-04-30 11:52:47

""Xarici agentlər" haqqında qanun Gürcüstanda QHT və vətəndaş cəmiyyətinin, demokratik sistemin zəifləməsinə gətirib çıxaracaq"

"Gürcüstanda hakim "Gürcü Arzusu" partiyasının "Xarici agentlər" qanununu növbəti dəfə parlamentin müzakirəsinə çıxarması müxalifətin etirazları ilə müşahidə olunur. Hakimiyyətin "Xarici agentlər" haqqında qanununa qarşı ABŞ və Avropa İttifaqı da sərt mövqeyini ortaya qoyub". Hurriyyet.az xəbər verir ki, bunu Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə qeyd edib.

Milli Cəbhə Partiyasının sədr müavininin fikrincə, Qərbin və müxalifətin sərt etirazlarına baxmayaraq, hakim "Gürcü Arzusu" partiyası qanunun qəbul edilməsində israrlıdır: ""Gürcü Arzusu" partiyasının fəxri lideri Bidzina İvanişvilinin ötən gün Tiflisdə 120 minlik mitinq keçirməsi bu qanunun müəllifi və prosesin arxasında özü olduğu mesajını verdi. Məhz 120 minlik mitinqin keçirilməsi Qərbə əzələ nümayişidir. Həmçinin, bununla bağlı hakimiyyət geri çəkilməyəcəyini, mövqeyində qəti olduğunu ortaya qoydu. Müxalifətin kiçik qruplarla mitinqinə qarşı hakimiyyətin keçirdiyi izdihamlı mitinq xalqın hakimiyyətin yanında olduğunun mesajını vermiş oldu. Müxalifətin parlament qarşısında 2 minə yaxın etirazçı ilə mitinq təşkil edilməsi, xalqın dəstək verməməsi müxalifətin geri çəkilməsinə gətirib çıxaracaq".

Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri hesab edir ki, "Xarici agentlər" haqqında qanun Gürcüstanda QHT və vətəndaş cəmiyyətini zəifəldəcək, ölkədə demokratik sistemin zəifləməsinə gətirib çıxaracaq: "Bu qanun qəbul edildikdən sonra Qərblə Gürcüstan hakimiyyəti arasında konfontrasiya müvəqqəti xarakter daşıyacaq. Gürcüstan müxalifətində vahid lider olmadığı üçün Qərb hakimiyyətlə işləyəcək. "Gürcü Arzusu" partiyasının "Xarici agentlər" qanunun Rusiya ilə əməkdaşlıq müstəvisində qəbul edib" kimi açıqlamalar əsasən, publikada hakimiyyəti Moskva ilə əməkdaşlıq edir kimi qələmə verməkdən ibarətdir. "Gürcü Arzusu" partiyası hakimiyyətini gücləndirmək və vətəndaş cəmiyyətini Qərbin təsirlərindən qorumaq üçün bu üsula əl atıb. Qərbin Gürcüstanda vətəndaş cəmiyyətini və müxalifəti dəstəkləməsi hakimiyyətin maraqlarına cavab vermir".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.174736