"İvanişvili, o cümlədən Saakaşvili artıq Gürcüstanın keçmişidir" - ŞAHİN CƏFƏRLİ

2023-03-09 12:16:00

"Hökumətin antikonstitusion müstəviyə keçməsi xalq inqilabına legitim zəmin yaradır"

"Bidzina İvanişvili tarixin təkərini geri döndürməyə çalışır, amma altında qalacaq. Rusiyanın ən yaxın müttəfiqlərinin belə, ondan uzaqlaşmağa meylləndiyi, Gürcüstanın milli ideyasına çevrilmiş, eyni zamanda konstitusion bir tələb olan avrointeqrasiyanın heç vaxt olmadığı qədər üfüqdə göründüyü bir mərhələdə Moskvaya yanaşaraq bu prosesi baltalamağa çalışmaq absurdizmin zirvəsidir. Üç aqressiv gənci (Qaribaşvili-Kobaxidze-Kaladze) səhnəyə çıxarıb, pərdə arxasından onları yönləndirən qoca oliqarxın hansı güc mərkəzinə güvəndiyi sirr deyil. Rus qoşunları Tiflisdən cəmi 100 km aralıda dayanıb, lakin bu, çox riskli oyundur". Hurriyyet.az xəbər verir ki, bunu siyasi şərhçi Şahin Cəfərli qeyd edib.

Siyasi şərhçi bildirib ki, hökumətin antikonstitusion müstəviyə keçməsi xalq inqilabına legitim zəmin yaradır: "Müxalifət cəbhəsində dağınıqlığın hökm sürməsinə baxmayaraq, xalqın mütləq əksəriyyəti, xüsusən gənclik avroatlantik inteqrasiya milli ideyasına bağlıdır və ölkədə Kreml himayəsində sərt avtokratik rejim qurulmasına razı olmayacaqlar".

Şahin Cəfərli onu da əlavə edib ki, yeni Georgiyevsk traktatı mümkün deyil: "Ölkədə rusca bir kəlmə də bilməyən gənclik yetişib. İvanişvili, o cümlədən Saakaşvili artıq Gürcüstanın keçmişidir".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.162583