Saat:03:58
Haqqımızda

İvanişvili mitinqdə: "2030-cü ildə Aİ üzvü olacağıq", "Müxalifət cəzalandırılacaq"

2024-04-30 14:55:15

İvanişvili mitinqdə:

Hurriyyet.az "Vestnik Kavkaza" portalına istinadla xəbər verir ki, Gürcüstanın hakim "Gürcüstan arzusu - demokratik Gürcüstan" partiyasının banisi Bidzina İvanişvili ölkənin Avropa İttifaqına qoşulması üçün bütün əngəlləri dəf edəcəyini və 2030-cu ildə ölkənin Aİ üzvü olacağını vəd edib. Bu barədə məlumat Gürcüstan milli televiziyasının saytında verilb.
"Gürcü arzusu" partiyası bu gün "Xarici təsirin şəffaflığı" qanununu dəstəkləmək üçün çoxminlik mitinq keçirib. İvanişvili Aİ vədini həmin mitinqdəki çıxışında verib: "Söz verirəm ki, bütün əngəlləri dəf edəcək, suverenliyi mhkəmləndirəcək, sülhü qoruyacaq, Gürcüstan iqtisadiyyatını gücləndirəcək və 2030-cu ildə Avropa İttifaqının üzvü olacağıq". İvanişvili respublikanın Aİ-yə qoşulmaq istəyən ölkələr arasında öz inkişafına görə lider olduğunu söyləyib.
O, müxalif "Vahid milli hərəkat" partiyasının cəzalandırılacağını da qeyd edib.
İvanişvilinin sözlərinə görə, Gürcüstan Aİ-yə daxil olmaqla yanaşı, öz unikallığını və ənənələrini də saxlayacaq.
Hürr Tərcüman

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.195684