Saat:06:56
Haqqımızda

İtkin düşən 3890 azərbaycanlının taleyi - məsələ qaldırılacaqmı...

2021-10-21 09:52:00

İtkin düşən 3890 azərbaycanlının taleyi - məsələ qaldırılacaqmı...

Əvəz Həsənov: “Azərbaycan tərəfi artıq birinci mərhələdə müəyyən işləri görüb, lakin...”

“Birinci Qarabağ müharibəsi və sonrakı dönəmdə əksəriyyəti mülki şəxslər olan 3890 insanımız itkin düşüb. Elə ailələrimiz var ki, bu günə qədər iki itkin oğlu haqqında belə məlumat ala bilmir, o anaların hələ də gözü yoldadır”.

Hurriyyet.az xəbər verir ki, bunu Türkiyədə səfərdə olan Azərbaycan İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva  bildirib.

S.Əliyeva deyib ki, Azərbaycan tərəfi və beynəlxalq təşkilatlar itkin şəxslər haqqında məlumat tələb etsə də, Ermənistan israrla onlar haqqında bu günədək məlumat verməyib:

“Nümunə kimi diqqətinizə bir məlumatı çatdırım. 1998 və 2000-ci illərdə Ermənistanda və işğal altında olan Qarabağ bölgəsində itkin düşmüş 54 insanımız Beynəlxalq Qırmızı Xaç Cəmiyyəti ilə görüşüb, rəsmi qeydiyyata alınsalar da, onlar haqqında Ermənistan tərəfi məlumat vermir”.

44 günlük Vətən müharibəsində Azərbaycan öz ərazi bütövlüyünü bərpa etsə də, Ermənistanın hələ Birinci Qarabağ münaqişəsi zamanı əsir və girov götürdüyü minlərlə azərbaycanlının taleyi naməlum olaraq qalır. Məlum olduğu kimi, ermənilər Qarabağ işğal edərkən, azərbaycanlıların münaqişə zonasından təxliyə olunmasına şərait yaratmayıb, əksinə, dinc əhaliyə divan tutub, aralarında xeyli sayda qadın, uşaq, yaşlı olan mülkü şəxsləri əsir və girov götürüb, misli görünməmiş vəhşiliklər törədib, qətlə yetirib. Ermənistan tərəfi törətdiyi bəşəri vəhşilikləri gizlətmək üçün amansızlıqla qətlə yetirdikləri azərbaycanlıların cəsədlərini kütləvi məzarlıqlarda dəfn edib, onların cəsədlərini Azərbaycan tərəfinə təhvil verməyib.

Təkcə Xocalı soyqırımı zamanı yüzlərlə azərbaycanlı əsir və girov götürülüb, onlardan 196 nəfərin, o cümlədən 36 nəfər uşaq, 65 nəfər qadının taleyi naməlum olaraq qalmaqdadır.

Erməni quldurları bir sıra hallarda hətta beynəlxalq qurumlardan belə çəkinməyiblər. Məsələn, Beynəlxalq Qırmızı Xaç Komitəsində (BQXK) əsir və girov kimi qeydiyyatda olan soydaşlarımız belə sonradan ya öldürülmüş, ya da yoxa çıxarılmışdır: 1998-ci və 2001-ci illərdə Azərbaycana verilən rəsmi məlumatlara əsasən, hərbi əməliyyatların gedişində Ermənistan tərəfindən əsir-girov götürülmüş 54 Azərbaycan vətəndaşına Ermənistan Respublikasında və keçmiş işğal edilmiş ərazilərimizdə BQXK tərəfindən saxlanma yerlərində baş çəkilmiş və onlar bu qurumun rəsmi qeydiyyatında olublar. Ancaq Ermənistan həmin 54 nəfərdən 17-sini qətlə yetirib, onların cəsədləri Azərbaycana qaytarılıb. Digər 37 nəfərin taleyi isə bu günə qədər naməlum olaraq qalır.

Qeyd edək ki, Azərbaycan Respublikasına qarşı Ermənistanın təcavüzü nəticəsində əsir və girov götürülmüş şəxslərin vətənə qaytarılması, itkin düşənlərin axtarılması ilə əlaqədar 2012-ci il 13 iyulda Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası yaradılıb. Qurumun 2012-ci il ərzində keçirdiyi axtarış-araşdırma tədbirləri nəticəsində komissiyada itkin düşmüş şəxs kimi qeydiyyata alınmış şəxslərdən 38 nəfərin taleyinə aydınlıq gətirilib, onların adları itkinlərin siyahısından çıxarılmışdır. Həmin şəxslərdən 5 nəfərinin döyüşlərdən və mühasirələrdən sağ çıxdığı, 5 nəfərin döyüşlərdə həlak olduğu, meyitlərinin tanınaraq dəfn edildiyi, 26 nəfərin isə siyahılardan təkrar keçdiyi, 2 nəfərin münaqişə bölgəsində kənarda itkin düşdüyü müəyyən edilib.

1 avqust 2013-cü il tarixinə əsir, itkin düşmüş və girov götürülmüş şəxslərin sayı 4035 nəfər təşkil edib.  Onlardan 3263 nəfər hərbçi, 771 nəfər mülki şəxslərdir. 3 nəfərin hərbçi və ya mülki olduğu məlum deyil.

Mülki şəxslərdən 46 nəfəri itkin düşərkən yetkinlik yaşına çatmamış uşaq (16 nəfər azyaşlı qız), 255 nəfər qadın, 353 nəfər yaşlı şəxsdir (154 nəfər qadın).

Əsir, itkin düşmüş 4035 nəfərdən 877 nəfərin əsir və girov götürülməsi barədə məlumatlar daxil olmuş, şahid ifadələri alınmışdır.

Dövlət Komissiyasına daxil olmuş materialların təhlili zamanı 553 nəfərin əsir və girovluqda qətlə yetirildiyi və ya müxtəlif səbəblərdən vəfat etdiyi müəyyən edilib. Onlardan 104 nəfər qadın, 448 nəfər kişidir. 137 nəfərin yalnız adı məlumdur, 74 nəfər isə naməlum şəxslərdir.

Bəs Qarabağın işğalı nəticəsində itkin düşən 3890 azərbaycanlının taleyi necə həll ediləcək? Onların axtarışları yenidən intensivləşibmi? Azərbaycan itkin düşmüş sayılan vətəndaşlarının taleyi haqda məsələ qaldırmaq üçün daha hansı vasitələrdən istifadə etməlidir?

Zamanında Əsir və itkin düşmüş şəxslərin azad olunması üzrə beynəlxalq işçi qrupun rəhbəri olmuş Əvəz Həsənov mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb:

Hərbi Qənimətlər Parkının ƏKS-SƏDASI: “Bundan Azərbaycana qarşı istifadə  edilə bilməz” – Əvəz Həsənov – Yenicag.Az

Əvəz Həsənov

“Məlum olduğu kimi, Azərbaycan hökuməti itkin düşmüş insanların taleyi ilə bağlı komissiya yaradıb. Komissiya bu günə qədər fəal işləyir və kifayət qədər məlumatlar toplayıb. Lakin bir problem var idi. Problem də ondan ibarətdir ki, Azərbaycanın axtardığı itkin düşmüş şəxslər məhz işğal olunmuş ərazilərdə  itkin düşmüşdülər. Biz bilmirik həmin ərazilərdə döyüşlər gedən zaman real vəziyyət necə olub, hansı şərait mövcud olub və sairə. Bunun üçün də itkin düşən insanların taleyi haqqında məlumatlar heç də hər zaman adekvat olmur. Məsələn, İkinci Qarabağ müharibəsi zamanı gördük ki, döyüş bitən kimi dərhal hər iki tərəf şəxslərin axtarışı ilə məşğul oldu və hər iki tərəfə maraqlı oldu ki, itkin düşmüş şəxslərin axtarılıb tapılması üçün əlindən gələni etsinlər. Lakin Birinci Qarabağ müharibəsində bu şərait yaradılmamışdı. Ermənistan Qarabağı işğal etdi, hərbi əməliyyatlar gedən bölgələr onların əlinə keçdi. Bu səbəbdən döyüş məntəqələrimizdə qalan hərbiçilərimizin ermənilər tərəfindən girov götürülməsi, yoxsa həlak olması ilə bağlı faktları heç kəs sonradan dəqiqləşdirmədi. Lakin Vətən müharibəsində müşahidə etdik ki, bu məsələ dərhal dəqiqləşdirildi. Qeyd etdiyim kimi, o zaman belə şərait yox idi. Ona görə də bu problemlər ortaya çıxıb.

Birinci Qarabağ müharibəsindən sonra Azərbaycan hökuməti müəyyən tədbirlər görməyə başladı. Belə ki, əsirlikdən geri dönən insanlarla söhbətlər apardı, onların dediklərinə, həmçinin  erməni vasitəçilərin verdiyi müəyyən məlumatlara istinad edərək, təxminən 780-800 nəfərin yerlərini təxmini müəyyən etdi. Müəyyən edildi ki, həmin 800 nəfər Ermənistan və Qarabağın müxtəlif yerlərində saxlanılır. Bir qədər sonra isə daha da müəyyənləşdi ki, həmin şəxslərdən kimlər öldürülüb, kimlər sağ qalıb. Digərlərinin isə taleyi isə məlum olmadı. Ermənistan tərəfi əsirlərin axtarışı üçün ciddi şərait yaratmadı. Lakin bütün dünyanın gözü önündə hər kəs gördü ki, Azərbaycan tərəfi onlara necə şərait yaratdı. Onlar gəlib öz cəsədlərini götürdülər, döyüş gedən bölgələrdə qalıqları axtarırlar".

Əvəz Həsənov qeyd edib ki, Azərbaycan tərəfi artıq birinci mərhələdə müəyyən işləri görüb:

“Azərbaycan tərəfi Qırmızı Xaş Komitəsi ilə birgə itkin düşmüş insanların DNK-larının müəyyən olun

maşı istiqamətində işlər görüb, həmin şəxslərin valideynlərinin məlumatı toplanıb. Digər qalan məsələ isə ondan ibarətdir ki, Azərbaycan hökuməti Ermənistan Dövlət Komissiyası, eləcə də bu gün Qarabağda fəaliyyət göstərən komissiya ilə birgə vaxtilə məhz döyüş gedən bölgələrdə axtarışlar etməli, o zaman həmin bölgələrdə döyüşmüş hərbçiləri, komandirləri danışdırmalı və Azərbaycan Ermənistan tərəfi ilə birgə bir xəritə tətbiq olunmalı, həmin xəritə  vasitəsilə döyüş gedən bölgələrin masştabı, döyüşlərin nə qədər qanlı olub-olmaması araşdırılmalıdır. Əminəm ki, Ermənistan tərəfində bu məlumatlar var. Həmçinin döyüşdən sonra  basdırılan kütləvi məzarlıqların yeri müəyyənləşdirilməlidir. Zamanında Qarabağa səfər edəndə kütləvi olmasa da bir neçə nəfərin  basdırıldığı yerləri müəyyən etmişdik və bu haqda hökumətə, Qırmızı Xaç Komitəsinə bildirmişdik. Yəni bəzi yerlər bəllidir, sadəcə, orada araşdırma işləri aparılmalıdır.

Beləliklə, hesab edirəm ki, bundan sonra qarşıda xeyli iş var".

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR