Yanacaq tankeri partladı...
2025-12-24 13:53:18
Hurriyyet.az xəbər verir ki, İtaliyada, Kaserta bölgəsindəki Milan-Neapol şossesində ağır nəqliyyat vasitəsinin vurması nəticəsində yanacaq tankeri alovlanıb və partlayıb. Partlayış ətraf ərazidə çaxnaşmaya səbəb olub, müəssisələrin pəncərələri sındırılıb və iki istirahət dayanacağının boşaldılmasına səbəb olub. Xoşbəxtlikdən, ölüm və ya xəsarət alan olmayıb.
Tankerin bomba kimi partladığı anlar mobil telefon kamerasına çəkilib.
NURAY
