İtaliya senatı Ukraynaya 2023-cü il silah təchizatını nəzərdə tutan qətnaməni təsdiqlədi

2022-12-14 14:34:00

İtaliya senatı Ukraynaya 2023-cü il silah təchizatını nəzərdə tutan qətnaməni təsdiqlədi

Dekabrın 13-də İtaliya Parlamentinin Senatı hakim çoxluq partiyalarının təqdim etdiyi və 2023-cü ildə Kiyevə silah tədarükünün davam etdirilməsini nəzərdə tutan qətnaməni təsdiqləyib.
“Hərbi aktivlərin, materialların və avadanlıqların Ukraynanın dövlət orqanlarına verilməsinə icazənin 2023-cü il dekabrın 31-nə qədər uzadılması” üçün reqlamentlərin qəbul edilməsinin zəruriliyini göstərən sənəd əvvəllər Deputatlar Palatası tərəfindən təsdiqlənib. Bundan sonra İtaliya Nazirlər Şurası 2023-cü ildə Ukraynaya hərtərəfli, o cümlədən hərbi yardımın davam etdirilməsini nəzərdə tutan xüsusi fərman qəbul edib.
Səsvermədən əvvəl Senatda çıxış edən İtaliyanın müdafiə naziri Quido Krozetto izah edib ki, Ciorci Meloni hökuməti Ukraynaya hərtərəfli yardım göstərmək üçün yalnız sələflərinin xəttini davam etdirib.
Q.Krozetto onu da bildirib ki, Kiyevə İtaliyadan konkret hərbi yardım barədə məlumatların məxfiləşdirilməsi davam etdiriləcək.
“Corriere della Sera” qəzetinin yazdığına görə, “NATO-dakı mənbələrə görə, hazırda İtaliya Kiyevə 300-500 milyon avro dəyərində silah göndərib”.

Ülviyyə, Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.266171