Saat:08:21
Haqqımızda

İtaliya nəhəngi Sanço üçün MY-yə rəsmi təklif göndərdi

2025-06-20 21:30:11

İtaliya nəhəngi Sanço üçün MY-yə rəsmi təklif göndərdi

İtaliya nəhəngi Sanço üçün MY-yə rəsmi təklif göndərdi

"Mançester Yunayted"in geridə qalan mövsümü icarə əsasında "Çelsi"də keçirən vingeri Ceydon Sançonun yeni "futbol ili"nə harada başlayacağı hələ də dəqiqləşməyib.

İtaliya A Seriyasının son qalibi "Napoli"nin istədiyi oyunçu digər İtaliya klubunun - "Yuventus"un da transfer siyahısındadır. 

Mənbə Turin təmsilçisinin artıq MY-yə rəsmi təklif göndərdiyini və tərəflərin danışıqlara başladığını vurğulayıb.

Qeyd edək ki, Ceydon "Çelsi" forması ilə bütün turnirlərdə 42 matça çıxaraq 5 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb. "Transfermarkt" portalı onun transfer qiymətini 28 milyon avro ilə dəyərləndirir. \\Fanat.Az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.239910