Saat:21:46
Haqqımızda

"İtaliya millisi qrupdakı kimi oynasa, işi çox çətin olacaq"

2024-06-29 14:32:33

İtaliya millisi qrupdakı kimi oynasa, işi çox çətin olacaq.

Hürriyyət.az xəbər verir ki, bunu Report-a açıqlamasında "Araz-Naxçıvan"ın baş məşqçisi Elmar Baxşıyev Almaniyada təşkil olunan Avropa çempionatında bu gün keçiriləcək 1/8 final matçları ilə bağlı danışarkən deyib.

Mütəxəssis İsveçrə - İtaliya görüşünün gərgin mübarizə şəraitində keçəcəyini bildirib:

"Avropa çempionatının oyunlarına nəzər saldıqda görürük ki, aşkar favorit yoxdur. Hər komanda yüksək səviyyədə mübarizə aparır. Bu gün ilk olaraq İsveçrə - İtaliya matçına şahidlik edəcəyik. İtaliya millisi qrupdakı kimi oynasa, işi çox çətin olacaq. Qrup görüşlərində xal itirsən də, növbəti matçlar üçün şansın qalır. Lakin 1/8 final elə bir mərhələdir ki, məğlub olmaq şansın yoxdur".

E.Baxşıyev Almaniya - Danimarka matçında ikincilərin sürpriz edə biləcəyinə inandığını deyib:


"Almaniya - Danimarka görüşü də olduqca maraqlı keçəcək. Düşünürəm ki, skandinaviyalılar turnirin sürpriz komandalarından biridir. Lakin əvvəl də dediyim kimi, pley-off qarşılaşmaları fərqli olur. Komandalar oyuna fərqli yanaşırlar. Bu səbəbdən hansı yığmanın daha şanslı olduğunu demək çətindir".

Qeyd edək ki, İsveçrə - İtaliya matçı saat 20:00-da, Almaniya - Danimarka görüşü isə 23:00-da start götürəcək.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.399781