İtaliya da rus qazının pulunu rublla ödəmək üçün müvəqqəti razılaşma təklif edir

2022-05-03 13:10:00

İtaliya da rus qazının pulunu rublla ödəmək üçün müvəqqəti razılaşma təklif edir

İtaliyanın ekologiyanın modernləşdirilməsi və transformasiyası naziri Roberto Çinqolani Avropa enerji şirkətlərinə müvəqqəti olaraq Rusiya qazının pulunu rublla ödəməyə icazə verilməli olduğu fikrini irəli sürüb.
"Hesab edirəm ki, ən azı bir neçə ay şirkətlərə qanuni çərçivəni və nəticələrini başa düşənə qədər rublla ödənişləri davam etdirməyə icazə vermək yaxşı olardı", deyə nazir "Politico" qəzetinə bildirib. Çinqolani əlavə edib ki, o, Avropa Komissiyasının “tez və aydın” cavabına ümid edir. Avropa Komissiyası ətraflı qiymətləndirmə aparır və əvvəllər yeni ödəniş mexanizminin tətbiq olunan məhdudiyyətləri pozacağına dair ilkin nəticəyə gəlib.
“Hesab edirəm ki, neft və qaz şirkətləri öncə ödəmək və sonra sanksiyaları pozmaqda ittiham olunmaq riski ilə üzləşə bilməzlər, lakin eyni zamanda rublla ödəniş etməmək riskini də daşıya bilməzlər. Bunlar uzunmüddətli müqavilələrdir, bunun xərcləri də həddindən artıq yüksük olacaq. Sonra daha bir neçə ay, sonra daha yarım il uzadarıq və bunun öhdəsindən gələrik", deyə nazir ifadə etdiyi fikrini əsaslandırıb.

Ülviyyə, Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya