Saat:15:56
Haqqımızda

İtaliya çempionu İspaniya millisinin üzvü ilə razılığa gəldi

2025-06-29 00:03:52

İtaliya çempionu İspaniya millisinin üzvü ilə razılığa gəldi

"Napoli" yeni transfer reallaşdırmağa yaxındır.

İtaliya çempionu "Sevilya"nın müdafiəçisi Xuanlu Sançesi heyətinə cəlb etməyə hazırlaşır.

Məlumatı "Calciomercato" yayıb. Mənbənin məlumatına görə, Neapol klubu La Liqa təmsilçisinə bonuslar da daxil olmaqla, təxminən 18-20 milyon avro ödəyəcək. 21 yaşlı futbolçu kapitan Covanni Di Lorenzonun əvəzedicisi kimi heyətə cəlb olunur.

"Sevilya" ilə danışıqlar son bir neçə həftədir davam edir. Xuanlunun gələn həftə - iyunun 30-da tibbi müayinədən keçmək və müqavilə imzalamaq üçün İtaliyaya getməsi gözlənilir.

Xuanlu bu yaxınlarda Slovakiyada keçirilən Avropa çempionatında İspaniyanın 21 yaşadək futbolçulardan ibarət komandasının heyətində çıxış edib. İspaniya İtaliyanı qabaqlasa da, 1/4 finalda İngiltərəyə uduzub. \\Fanat.Az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.198308