İt ətinin yeyilməsi QADAĞAN EDİLƏCƏK

2023-09-17 00:25:40

İt ətinin yeyilməsi QADAĞAN EDİLƏCƏK

Hakim Vətəndaş Gücü Partiyasından olan deputatlar it ətinin istehlakının tam qadağan olunması üçün müxalifətin təşəbbüsünə qoşulublar.

Hurriyyet.Az oxu.az-a istinadən xəbər verir ki, məsələ bu il parlamentdə müzakirə olunacaq. Müvafiq qanunun parlamentin dekabrın 9-da başa çatacaq sonuncu iclasında qəbul edilməsi planlaşdırılır.

Cənubi Koreyanın birinci xanımı Kim Keon Hi də bu təcrübəyə son qoyulmasını müdafiə edir.

Qeyd edək ki, Cənubi Koreya it ətindən istifadənin qorunub saxlandığı azsaylı ölkələrdən biridir. Son zamanlar ölkədə it ətinin istehlakı kəskin şəkildə azalıb. Ölkənin müəyyən bölgələrində bu heyvanın ətinin yeyilməsi qadağan edilib.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.136174