ISW: Ruslar Luqanska “həlledici hücuma” hazırlaşır

2022-12-29 10:24:00

ISW: Ruslar Luqanska “həlledici hücuma” hazırlaşır

Rus işğalçıları Luqansk vilayətində “həlledici hücuma” hazırlaşır. Lakin bunların müdafiə və ya hücum əməliyyatları olacağı bilinmir. Bu barədə Amerika "Müharibənin Öyrənilməsi İnstitutu" (ISW) məlumat yayıb.
Təhlilçilərin rəyinə görə, ruslar “həlledici hücuma” keçə bilər. Xüsusən də rayonda texnika toplamaqda davam edirlər. Hərbi qrupun hava-desant qüvvələrinin bir hissəsi Xersondan Luqansk bölgəsinə köçürülüb.
Eyni zamanda qeyd edilir ki, Rusiya hərbçiləri Zaporojye vilayətində yeni hücumlara daha az meyllidirlər. Bundan əlavə, kafirlərin Baxmuta hücumu artıq kulminasiya nöqtəsinə çata bilər.
Kulminasiya nöqtəsindən sonra ruslar kiçik qruplarda Baxmuta səmərəsiz hücumları davam etdirə bilər. Bununla belə, onların əməliyyatının uğurlu olması ehtimalı azdır.

Ülviyyə, Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.272851