ISW: "Putinin gücü tükənmək üzrədir"

2022-12-16 20:30:00

ISW:

ABŞ-ın "Müharibənin Tədqiqi İnstitutu"nun (ISW) ekspertləri deyirlər ki, Rusiya ordusu Donetsk vilayətinin qərbində yenidən toplaşaraq yeni hücuma keçə bilər. Bunun hansı potensialı var, onun üçün hazırda hansı risklər və imkanlar yaranır? Döyüş meydanında nə baş verir? Bəs Ukrayna nə planlaşdırır?
Xerson vilayətinin sağ sahilindən çıxması nəticəsində rahatlanan rus döyüş bölmələri yenidən Donbasın müxtəlif bölgələrinə yerləşdirilib və səfərbərliyə cəlb edilmiş qüvvələr tərəfindən gücləndirilib. "Müharibənin Tədqiqat İnstitutu" yazır ki, rus qoşunları noyabrda Voqledar və Pavlovka bölgələrində əldə etdikləri uğurları gücləndirmək üçün Donetsk vilayətinin qərb hissəsində hücuma keçməyə ümid edirlər. Ekspertlərin fikrincə, Rusiya qoşunları Luqansk vilayətinin arxa bölgələrindən ağır texnikanı cəbhə xəttinə aparır, amma yeni hücum əməliyyatları üçün mövcud potensiala baxmayaraq, Rusiya qoşunlarının döyüş effektivliyi aşağı olaraq qalır və onların yaxın aylarda strateji əhəmiyyətli əraziləri ələ keçirə bilməsi ehtimalı azdır.
Britaniyanın Müdafiə Qərargah rəisi admiral Entoni Radakin isə "Kral Birləşmiş Müdafiə Tədqiqat İnstitutu"nda (RUSİ) çıxışı zamanı deyib: "Putinin generalları ordunu saxlamaq üçün ərazilərin verilməsinin vacibliyini izah etdiklərinə görə danlandılar. İndi onlarüçün daha çətin söhbəti gözlənilir".
"İcazə verin, Putinə deyim ki, generalları və nazirləri ona nəyi deməkdən qorxa bilərlər: Rusiya artilleriya sursatlarının ciddi çatışmazlığı ilə üzləşir. Bu o deməkdir ki, onun quruda uğurlu hücum əməliyyatları aparmaq qabiliyyəti sürətlə azalır", deyə Radakin bildirib.
"Bunda heç bir sirr yoxdur. Putin 30 günlük müharibə planlaşdırmışdı, amma rus silahları az qala 300 gündür ki, atəş açır. Şkaf boşdur. Mənəvi, konseptual və fiziki olaraq Putinin gücü tükənmək üzrədir", o deyib.

Ülviyyə, Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.142103