ISW: Putinin atəşkəs bəyanatları informasiya əməliyyatıdır

2023-01-06 14:21:00

ISW: Putinin atəşkəs bəyanatları informasiya əməliyyatıdır

Rusiya prezidenti Vladimir Putinin Rusiya qoşunlarının Milad bayramı ilə əlaqədar atəşkəs   bəyanatı Ukraynanın reputasiyasına xələl gətirmək üçün hazırlanmış informasiya əməliyyatıdır. Bunu "Müharibə Araşdırma İnstitutu"nun (ISW) ekspertləri yazır.
Putin çətin ki, Ukraynanın atəşkəsin şərtlərinə əməl edəcəyini gözləsin və böyük ehtimalla Kiyevin bu tövrünü danışıqlar üçün lazımi addımları atmaq istəməmək kimi qələmə vermək istəyə bilər. Bu, Rusiyanın keçmişdə istifadə etdiyi informasiya taktikasıdır.
Atəşkəsin təşkili və həyata keçirilməsi vaxt tələb edir. Dekabrın 14-də Putinin mətbuat katibi Dmitri Peskov Rusiyanın pravoslav Milad bayramında döyüşləri dayandırmaq fikrində olmadığını  və Putinin bəyanatının daha da təəccüblü olduğunu bildirib.
"ISW" yazır ki, Putin bu atəşkəslə bağlı ciddi olsaydı, hazırlaşmaq üçün kifayət qədər vaxtı olardı.
Atəşkəsin qüvvəyə minməsinə 24 saatdan az qalmış elan edilməsi onun Ukraynanın sülh yolunda çalışmaq istəmədiyini və nəyin bahasına olursa olsun döyüşməyə hazır olduğunu göstərmək niyyəti ilə edildiyini göstərir.
Bu informasiya əməliyyatı həmçinin Kremlin Ukraynaya aid pravoslav xristianların və rusdillilərin rəğbətini qazanmaq üçün ritorika irəli sürdüyünü göstərə bilər. Ola bilsin ki, Putin bunu Ukraynaya qanunsuz müdaxiləsinə bəraət qazandırmaq üçün irəli sürüb.

Ülviyyə, Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.144938