Saat:08:45
Haqqımızda

İsveçin NATO-ya daxil olması üçün ilk addım atıldı – mərasim canlı yayımda nümayiş etdirildi

2022-05-17 13:17:00

İsveçin NATO-ya daxil olması üçün ilk addım atıldı – mərasim canlı yayımda nümayiş etdirildi

Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadla xəbər verir ki, İsveçin Xarici İşlər naziri Ann Linde ölkənin NATO hərbi ittifaqına daxil olması üçün ərizəni imzalayıb. İsveç ilə Finlandiyanın qəbul üçün müraciətləri Şimali Atlantika alyansının təmsilçilərinə eyni vaxtda təqdim ediləcək.

Ann Linde sənədi 17 may tarixində, İsveçin XİN binasından efirə verilən canlı yayım zamanı imzalayıb. Nazir “İsveç üçün ən yaxşısını” etdiyini bildirib. Xanım Linde bildirib ki, sənəd qısa müddət ərzində Finlandiyanın anoloji müraciəti ilə birlikdə NATO-ya təqdim ediləcək.

Bundan bir qədər əvvəl İsveçin Baş naziri Maqdalena Andersson bəyan eləmişdi ki, parlamentdəki müzakirələrin nəticələri əsasında hökumət NATO-ya daxil olmaq üçün müraciət eləməyi qərara alıb.

Hürr Tərcüman

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR