İsveçin Baş naziri: “Türkiyə ilə əməkdaşlığa ümid edirik”
2022-05-17 19:38:00
Hurriyyet.az TRT Haber kanalına istinadla xəbər verir ki, İsveçin Baş naziri Maqdalena Andersson Türkiyə ilə danışıqlar apararaq problemləri həll eləməyə hazır olduqlarını bildirib. Bu barədə məlumatı Türkiyənin NTV kanalı yayıb.
Andersson deyib: “Biz Türkiyə ilə danışıqlar yolu ilə istənilən problemi həll eləməyə hazırıq. Bir NATO üzvü kimi Türkiyə ilə əməkdaşlığa ümid edirik”.
Hürr Tərcüman