İsveçin Avropa Parlamentindəki nümayəndəsi: "İran səfirləri qovulsun"

2023-01-06 16:24:00

İsveçin Avropa Parlamentindəki nümayəndəsi:

İsveçin Avropa Parlamentindəki nümayəndəsi İran səfirlərinin Avropa Birliyindən çıxarılmasını tələb edib. Əbir Əl Səhlani bunun Tehran hökumətinin Fransaya qarşı təhdidlərinə cavab olaraq həyata keçirilməsini istəyib.
“İran hökumətinin karikaturaya görə başqa bir ölkəni təhdid etməsi sadəcə gülüncdür və mollaların nə qədər qorxduğunu açıq şəkildə göstərir”-deyə, o yazıb.
Qeyd edək ki, Fransanın "Şarli Ebdo" nəşri son sayında İran liderinin ölkədə xalq etirazlarının yatırılmasındakı rolu ilə bağlı karikaturalarını dərc etdikdən sonra Tehran rejimi Fransanı təhdid edib.

Ülviyyə, Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.146143