İsveçdən açıqlama: “Rusiyaya lazımi cavabı verəcəyik”

2022-04-26 18:33:00

İsveçdən açıqlama: “Rusiyaya lazımi cavabı verəcəyik”

Hurriyyet.az “Akşam” nəşrinə istinadla xəbər verir ki, bu açıqlamanı İsveçin Xarici İşlər naziri verib.

Rusiyanın Xarici İşlər Nazirliyi İsverçin 4 nəfər diplomatını ölkədən çıxarmağı qərara aldığını bəyan edib.

İsveçin Xarici İşlər naziri Ann Linde bununla bağlı “Tvitter” hesabındakı açıqlamasında deyib: “Rusiya bu gün 4 diplomatımızı ölkədən çıxarmağı qərara aldı. Rusiyanın bu addımı əsassız və qeyri-proporsional addımdır. Rusiya Qərb diplomatlarını ölkədən çıxarmaqla beynəlxalq izolyasiyasını gücləndirir. İsveç Rusiyanın yersiz addımlarına müvafiq şəkildə cavab verəcəkdir”.

Rusiya XİN-in açıqlamasında isə İsveçin Moskvadakı səfirinin nazirliyə çağrıldığı, İsveçin “Kiyev rəhbərliyinə hərbi dəstəyinə kəskin etiraz edildiyi”,  Rusiyanın bu ölkədəki 3 diplomatınının qovulmasına cavab addımı olaraq İsveç diplomatlarının ölkədən çıxarılacağı bildirilir.

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya