İsveçdə Quranın yandırılması səhnəsinin sifarişi Rusiyadan-RT-dən gəlib: "Russia Today"nin keçmiş əməkdaşından ETİRAFLAR

2023-01-25 13:27:00

İsveçdə Quranın yandırılması səhnəsinin sifarişi Rusiyadan-RT-dən gəlib:

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın İsveçin NATO-ya üzvlük müraciətini dəstəkləməyəcəyini bəyan etməsindən sonra Quranın yandırılması ilə bağlı aksiyaya jurnalist və "Russia Today" telekanalının keçmiş stringeri Çanq Frik kömək edib.
Frik “The Insider”ə müsahibəsində aksiyanın keçirilməsi üçün icazənin pulunu ödədiyini təsdiqləsə də, heç kimdən dini kitabları yandırmağı tələb etmədiyini deyib. “Belə bir niyyət olmayıb, bu mənim fikrim deyil”, deyə jurnalist bildirib.
O, aksiyanın İslam dünyasına qarşı yönəlmədiyini, Kürdüstan Fəhlə Partiyasının dəstəyi ilə bağlı olduğunu da bildirib. Jurnalistin fikrincə, İsveçin liberal hökuməti kürdləri dəstəkləməli, söz azadlığı hüququna əməl etməli və Türkiyədən qorxmadığını göstərməlidir.
Xatırladaq ki, yanvarın 21-də Danimarkanın ifrat sağçı "Stram Kurs" (Sərt Kurs) partiyasının lideri Rasmus Paludan Türkiyənin Stokholmdakı səfirliyi qarşısında İslamı pisləyən çıxış edib və sonra Quranı yandırıb. Bu hərəkət İslam dünyasında qəzəb fırtınasına səbəb olub, İsveçlə Türkiyə arasında münasibətləri gərginləşdirib. İsveç hakimiyyətinin mitinqə icazə verməsinə görə Türkiyə prezidenti Ərdoğan Türkiyənin İsveçin NATO-ya üzvlük müraciətinə dəstək verməyəcəyini bildirib.
Daha əvvəl İsveç nəşri "SVT" bildirmişdi ki, Çanq Frik aksiyaya müraciət üçün pul ödəyib (320 kron) və bununla bağlı bütün xərclərin qarşılanacağına zəmanət verib.
Frikin özü əvvəlcə Paludanın payını ödədiyini desə də, pulun köçürülməsi üçün İsveçin millətçi "Exakt24" saytının əməkdaşı vasitəsilə danışıqlar apardığını iddia edib. "Exakt24" isə öz növbəsində, Frikin "onu Quranı yandıra biləcək bir calaşdırmağı xahiş etdiyini" söyləyib.
2014-cü ildə Çanq Frik "Russia Today" telekanalı ilə işlədiyini desə də, sonradan qeyd edib ki, o, sadəcə olaraq xəbər videolarını Rusiyanın təbliğat telekanalına satıb. Frik bir neçə dəfə Moskvaya uçub və Rusiya təbliğat mediasında da xəbərlərin mövzusu olub. O, Moskva ilə işini koordinasiya etdiyini inkar etsə də, lakin “Rusiya ilə İsveçin bəzi sağçı mediası arasında  sövdələşmənin olduğunu” qəbul edib. Bu, 2018-ci ildə keçirilmiş parlament seçkilərində ifrat sağçı İsveç demokratlarına Rusiyanın yardımı ilə bağlı “The New York Times”da dərc olunan araşdırmada da qeyd edilib.
RT telekanalı Rusiya hökuməti tərəfindən ilk növbədə dövlət büdcəsindən maliyyələşdiyi məlumdur. İndi ayaqların haradan bitdiyi aydındır.
Bir daha aşkarlanır ki, Putin Rusiyası indi öz agentləri vasitəsilə Avropada xaos səpmək və təhrik etmək istəyir. Əsas isə İsveç və Finandiyanın NATO-ya girməsinə "Türkiyənin əliylə veto qoymaq" istəyir. 

Ülviyyə, Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.151002