Saat:04:01
Haqqımızda

İsveçdə nüvə silahı yerləşdirilə bilər

2024-05-13 15:27:13

İsveçdə nüvə silahı yerləşdirilə bilər

Hurriyyet.az xəbər verir ki, İsveçin Baş naziri Ulf Kristersson "Sveriges Radio" kanalına müsahibəsində müharibə dövründə krallığın ərazisinə nüvə silahının yerləşdirilməsinin mümkün olduğunu söyləyib.  Hökumət başçısı bundan əvvəli müsahibələrində sülh dövründə ölkədə nüvə silahının yerləşdirilməyəcəyini bəyan eləmişdi.
Kristersson deyib: "Əgər İsveçi də müharibəyə cəlb eləsələr və bizim ərazimizdə savaş olsa, bu, tamamilə başqa vəziyyət olacaq. O zaman bütün NATO ölkələri nüvə çətirindən faydalanacaqlar. Rusiyanın nüvə silahının olduğu müddətdə, NATO-nun nüvə çətiri də mövcud olmalıdır".
Hökumət başçısı İsveçin NATO-ya daxil olmasının səbəbinin müdafiə məqsədi olduğunu qeyd edərək deyib: "Ukrayna NATO üzvü olsaydı, Rusiya ona hücum etməzdi".
Hürr Tərcüman

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.693635