Saat:11:46
Haqqımızda

İsveçdə güllələnərək öldürülən azərbaycanlının kimliyi məlum olub - FOTO

2021-10-15 13:40:00

İsveçdə güllələnərək öldürülən azərbaycanlının kimliyi məlum olub - FOTO

İsveçin paytaxtı Stokholmda güllələnərək öldürülən azərbaycanlının kimliyi məlum olub.

Hurriyyet.az Report-a istinadən xəbər verir ki, qətlə yetirilən şəxs Azərbaycan vətəndaşı, 1977-ci il təvəllüdlü Mahmudov Ramil Məhəmmədəli oğludur.

O, İsveçin Yarfema qəsəbəsində yaşayıb və transport şirkətində çalışıb. Məlumata görə, R.Mahmudov bir neçə dəfə soyadını dəyişdirib.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Qeyd edək ki, yerli mətbuatın yazdığına görə, Stokholmda naməlum silahlılar milliyətcə azərbaycanlı olan bir nəfəri güllələyərək öldürüblər.

Mahmudov Ramil

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR