Saat:01:08
Haqqımızda

İsveç və Finlandiya təmsilçiləri Ankaraya iltimasa gediblər

2022-05-25 14:44:00

İsveç və Finlandiya təmsilçiləri Ankaraya iltimasa gediblər

Hurriyyet.az CNN Türk kanalına istinadla xəbər verir ki, Ankarada üçtərəfli danışıqlar başlayıb. İsveç ilə Finlandiyanın nümayəndə heyətləri NATO-ya daxil olmaq müraciətləri ilə əlaqədar Türkiyəyə gediblər. Onlar hazırda Türkiyə Prezidentinin ofisindədirlər.

Xəbər verdiyimiz kimi, dünən Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu İsveç ilə Finlandiyanın NATO-ya daxil olmaq müraciəti ilə bağlı belə demişdi: “İsveç ilə Finlandiaya terroru dəstəkləməyi dayandırmalıdır. Konkret addım olaraq yazılı razılaşma tələb edirik”.

Türkiyə rəhbərliyi terroru dəstəklədikləri üçün Finlandiya ilə İsveçin NATO-ya qoşulmasına veto qoyduğunu bildirmişdi.

Hürr Tərcüman

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR